Döyüşdə mühasirə zamanı əsir düşməmək üçün özünü öz gülləsiylə vuran,polkovnik leytenant Qərib Baxşalıyevin nəşin aylar sonra doğmalarına qaytarmaq mümkün olmuşdur.


Allah bütün şəhidlərimizə rəhmət eləsin.



Dağ qartalı



Dağların sakini,məskəni qartal,

Əymədi başını, sarlara getdi.

Düşmən hiyləsinə tuş gələn qartal,

Təslim olmamaqçün şəhidlik seçdi.



Ahıl atasını, ev–eşiyini,

Hələ görmədiyi sonbeşiyini,

Peymanı yarımçıq ar keşiyini,

Vətənə tapşırıb,canından keçdi.



Dosta kürək oldu,dediyi kimi,

Şərəfli yol tutdu,getdiyi kimi,

Kişiyə ürək lazım,etdiyi kimi,

Son gülləylə özü kəfənin biçdi.



Sag ikən qorxudan əsən digalar,

Nəşinə toplaşdı,,qorxaq qargalar”,

Aylarla göz yolda qalan dogmalar,

Tabuta qurbançün oğlu and içdi…



Adın Qərib idi,Laçının qərib,

Dözmədin,cənnətdən gülləri dərib,

Qarabağ yarasın üstünə sərib,

Üç min şəhidinlə qəlblərə köçdün.



Fəridə Köçərli İbrahimova

01.11.21.

www.kafiye.net