Sabahınız xeyir əziz və dəyərli dostlar.

Dostluğumda olan və olmayan bütün müəllimləri, peşə bayramları münasibəti ilə ürəkdən təbrik edirəm. Şagird və Tələbələrimizin dilindən yazdığım bu şeri isə onlara ərməğan edirəm.




MÜƏLLİM.




Bir ağacsan barın bəlli,
Bir zirvəsən qarın bəlli,
Fəsilsən, baharın bəlli.
Çiçəklərin dərir əlim,
Əzuz, hörmətli müəllim.



Elm, bilik, zəkan dərin,
Kök atırsan dərin-dərin.
Hər evdə var meyvələrin,
Şirin, şəkər, dilim – dilim,
Əziz, hörmətli müəllim.



Tutub şərəfli bir yolu,
Artırırsan budaq – qolu.
Biliyinlə dolu – dolu,
Püxtələşir ana dilim,
Əziz hörmətli müəllim.



Tariximin sorağısan,
Ədəbiyyat ocağısan.
Gələcəyin çırağısan.
Sənlə nura dönür ilim,
Əziz, hörmətli müəllim.



Müəllif.M.Duyğulu.

05.10.2021

www.kafiye.net