TA AHLA SƏSLƏMƏ MƏNİ




Nə olar,ta ahla səsləmə məni,
Nə olar,qurusun göz yaşların da.
Nə olar, qoy səssiz batıb-quylanım
Mən özüm-özümün göz yaşlarında.



Nə olar ki sil gözünün yaşlarln,
Nə olar,fəryadlar səni boğmasın.
Nə olar kədərlər,qəmlər öz ömrün
Sənin qədərindən bir də doğmasın.



Nə olar ki fəryadlara bəs denə,
Nə olar gül,gülüşünə tuş olum.
Nə olar al əllərinə,bir üflə,
O əllərdən qanadlanan quş olum!



Nə olar gül,bilim necə gülməyin,
Nə olar,al bir gülüşlə salamım.
Nə olar ki boynubükük qalmasın
Yetim kimi bir misram,bir kəlamım.



Nə olar,al bir gülüşlə salamım,
Nə olar,olmasın eşqin çökümü.
Nə olar bu eşqə,bu məhəbbətə
Eşq edib,eşq ilə ver öz hökmünü.



Nə olar,olmasın eşqın çökümü,
Nə olar olsaq da bir sənli-mənli?
Nə olar biz olsaq elə yüzdə də
Gül-gülşən ətirli çöllü-çəmənli?..



…Nə olar- unudub,atlb yollara,
Min həsrət,hicranla bəsləmə məni.
Nə olar,sonra da göz yaşlarınla
Min ahla,fəryadla səsləmə məni…



Məzahir İsgəndər

25.09.2021
www.kafiye.net