,,Doganaqdan keçər örkən”




Uşaq ikən eşitmişdim,

Doganaqdan keçər örkən.

Mənasını istəmişdim

Gün gələcək,…dedi,öyrən ,




Doganaqdan keçər örkən .

Nahaq qanlar,,burulsa”da,

Bulananlar, durulsa da,

Düzə divan qurulsa da,




Üzə çıxar əsil görkəm,

Doganaqdan keçər örkən.

Namus,qeyrət azalsa da,

Mərd namərdə yozulsa da,




Toxlar acdan bac alsa da,

Çox getməzlər belə ötkəm .

Doganaqdan keçər örkən.

Vəzifədə tac alanlar,




İnsanlıqdan ac qalanlar,

Haya bacanaq olanlar,

Eşit bizi,gec, ya erkən,

Doganaqdan keçər örkən.





Fəridə Köçərli

20.09.21.
www.kafiye.net