.”ƏKS – SƏDA”. Üç hissədən ibarət roman.

(3-cü paylaşım)

****************

=== 0 ===

Acdığını hiss etdi.Az-az gedərdi yeməkxa-

nalara.Kirayə qaldığı evdə az-çox ərzağı da var-

dı.Biş-düşür etməyi də bacarırdı.Tək adamdı,

ötüşməyə nə vardı ki? Kiçik ekranlı bir televizor

da almışdı.Gününü keçirirdi.Düzdü,qonşusu Qə-

dir kişi dəfələrlə anlatmışdı ki,belə olmaz.Quş budağa tənha qonmaz,qonsa da orda çox dur-

maz.Yaşı otuzun içindədir.İşdən döndükdə bir

stəkan çayını içməli,dərd-qəminə şərik birisi ol-

malı,körpə səsi ,körpə nəfəsi çıxarmalıdı yorğ-

ğunluğunu.Bu gün-sabah tızə mənzil də alma-

lıydı,o mənzil də bir qadın əliylə təmizlənməli,

bəzənməliydi ya yox?..Ağəlisə susmuşdu.Sev-

mişdimi,sevməmişdimi,bunu da təkcənə özü bi-

lirdi.

İndisə bir yeməkxanaya getmək istədi.Bu

hiss də hardan baş qaldırdı onda,heç özü də bil-

mədi.İçmək,sərxoş olmaq ( ay bərəkallah,Ağə-

lı! ) keçdi qəlbindən.Və dalısını da fikirləşmədən

özünü illər öncə tez-tez getdiyi ciyər bozartması

verilən yeməkxananın ( hər şeyi birdən söylə-

məyəcəyik ki ) qapısında gördü.Yeraltı yeməkxa-

na açıq idi.Arağın,çaxırın qoxusu,papiros qoxu- su adamın ciyərlərini ağzına gətirirdi.Yaxınlaşdı

bufetə.Bir pay ciyər,bi böyük stəkan araq ( ay bərəkallah Ağəli! ) göyərti,bir butulka da mineral

su götürdü.Qanrıldı baxdı.İşə bax hələ,çox əv-

vəllər xoşladığı küncdəki stol da boşdu ki!..Əlin-

dəki şeyləri qoydu onun üstünə və astadan pı-

çıldadı: ” Salam,köhnə dost,bu mənəm,Ağəli-

yəm.O Ağəli ki… ” ( Yox,oxucum,Ağəli daha nə söylədiyini hələ deməyəcəyəm.Deyəcəyəm,am-

ma bunun da vaxtı var.Onsuz da bunu gizlədə

bilməyəcəyik.İndisə qayıdaq söhbətimizə ).

Niyə məhz bura gəldi? Axı,söz vermişdi özü-

nə.Söz vermişdi özünə ki, onu “qaranlıqlara atan

bu mənfur yerə bir daha ayaq basmayacaq və nə qədər görmüşdü buranı yuxularında? Bura üçbaşlı əjdaha olub, öz dəhşət və vahiməsiylə nə qədər yerimişdi onun üstünə,öz zəhərli cay-

naqlarını nə qədər batırmışdı Ağəlinin köksünə?

Və həmişə də o yuxulardan səksənərək qorxu

içində ayılmış,bunu da görmüşdü ki,çabalamaq-

dan yorğan-döşəyi su içindədir…Bu sirri öz ürə-

yində saxlamış,kimsəyə deməmişdi.Dəfələrlə

demək istəsə də,deməmişdi,ona inanmayacaq-

larından qorxmuşdu.Və kim bilir,bəlkə də ona

inanan Allah bəndəsi tapılacaqdı bir gün…

— Bağışlayın,yanınızda otura bilərəmmi?

Bunu deyən qırx beş,əlli yaşlarında bir kişiy-

di.Uzun, sapsarı təmiz saçları tökülmüşdü altı

tuluqlamış gözlərinin üstünə.Çaxır dolu stəkan da əlində azca titrəyirdi.Digər əlində də bir tikə

pendir vardı.Boynuna doladığı nazik,son dərəcə

təmiz göy şərf sifətinin burnunadək olan hissə-

sini örtmüşdü.Ayaq üstə durub,sualına cavab

gözləyirdi.

— Əlbəttə,buyurun!- Ağəli dedi.

Kişi razılıq edib,oturdu.Sonra da stəkandakı çaxırdan bir-iki qurtum içdi.Pendiri dişlədi.Gözlərini dikdi Ağəlinin gözlərinə.Soruş-

du:

— Kimi gözləyirsən,qardaşoğlu?

Ağəli onu diqqətlə süzdüsə də dinmədi.Aza-

cıq da halının pozulduğunu hiss elədi.Necə olsa

da xəyallarından ayrılmışdı.Axı,indi necə də tək-

tənha oturmağa elə ehtiyacı vardı ki…

— Yeməyin soyuyur,axı!- kişi yenə dilləndi.

Doğrudan ha,görəsən,kimi gözləyirdi Ağəli?

Gözləyəcəyi birimi vardı? Buraya onunla gələn-

ləri o “dəhşətli gün” məhz burda itirmiş və bir daha görməmişdi onları.Yox,bir dəfə birisini görmüşdü.O da həbsdən çıxandan sonra ol-

muşdu.Necə də sevinmişdi onda Ağəli! Dostu-

sa hal-əhval tutduqdan sonra qolundakı saata

baxmış,vacib işi olduğunu deyib,ayrılmışdı Ağə-

lidən.Pərt omuşdu,ayaqları mıxlanmışdı yerə,bir

xeyləy baxmışdı onun arxasınca.Necə də inanır-

dı onlara?.. Birdən də yadına düşmüşdü islah-

əmək düşərgəsində onunla “xlebnik”,(yəni süf-

rə yoldaşı ) olan Rüstəm kişinin sözləri:” Eh,

Ağəli,çox deyirsən dostlarından.İnamın var,bu da yaxşıdı.Mənsə zərrəbinlə axtardım,tapma-

dım onlardan” .

— Qardaşoğlu,tərgit bu arağı,öyrən şəraba.

Onsuz da bir gün ondan içəcəksən.

Ağəliylə üzbəüz oturan kişi bunu dedi və ça-

xırdan da bir-iki qurtum içdi.Ağəli gülümsədi:

— Mən içmirəm,- dedi,- nə ondan,nə də bundan.

— Bəs onda bu stəkandakı? – kişi araq dolu

stəkanı göstərdi və təəccüb dolu baxışlarla onu

süzdü.Ağəli yenə də gülümsədi.Niyə gülümsə-

diyini soruşsaydılar,bəlkə də heç nə deyə bilmə-

yəcəkdi,ancaq gükümsədi.Bir tikə ciyər götürüb

qoydu ağzına:

— Mənimkidi,içmək istədim,- dedi,- amma iç-

mədim.

— Niyə,qardaşoğlu? Adamın ağlına da gəl-

mir ki araq sifariş edəsən,amma içməyəsən.

— Düzdü almışam,amma içmirəm.

Kişi stəkandan axırıncı qurtum şərabı içdi və soruşdu:

— Niyə,qardaşoğlu?

— Ona görə ki içmirəm.- Ağəli dedi.Və bunla-

rı da deməkdən özünü saxladı ki,bir zamanlar elə bu stolda da içib o araqdan,amma indi içmir.O arağı da nədən aldığını heç özü də bil-

mir.

— Dünyada qəribə adamlar da var ey!- kişi

dedi.

— Mən də o adamlardanam,deyilmi?- Ağəli

kədərli-kədərli dedi.

— Amma inanılası da deyil,axı…

Birdən Ağəliyə elə gəldi ki,kişi araq içmək istəyir.Hə,əlbəttə!..İşə bax ha!..Necə olub bayaq-

dan ağlına gəlməyib bu onun? Ay səni,Ağəli…İn-

sandı qarşındakı.Bəlkə uzaqlardan gəlib,bəlkə pulunu itirib? Bəlkə…

— Qardaşoğlu,bəlkə sən də o şair kimisən

elə?

Ağəli düşüncələrdən ayrıldı:

— Hansı şair?- deyə soruşdu.

— Eşitmişəm ki bir şair olub,amma adını bil-

mirəm.Şeir yazanda arvadını yanında oturdar və

ona baxıb yazarmış.Hə,bir gün də ilhamı bərk

gəlir,amma arvad da evdə deyilmiş.Şəklini də ta-

pa bilmir.Yazıq dəli-divanə olur,çıxır balkona və

düz dördüncü mərtəbədən də özünü atır küçə-

yə,ayaqlar altına.Deyirım,bəlkə sən də o söz,yə-

niarağa baxmayınca,yeyə bilmirsən?

Ağəli gülümsədi.Könlü də açılmışdı kişinin

bu uydurmasından.Allah hardan yetirdi bu kişi-

ni?..

— Bu şair milləti var ha,qardaşoölu,xoşum gəlmir onlardan,- kişi dedi,- imkanım olsaydı bir-

ikisini çıxmaqla qalanlarını süpürüb tökərdim dənizə.

— Niyə ki?

— Əşi nə bilim? Bu qadınları tərifləyə-tərifləyə

qaldırıblar göyün yeddinci qatlna.İndi də dizləri-

ni qoyublar yerə ki,ordan düşürsünlər.Ay hay,

gözləyin,bir gün düşəcəklər…

— Bunun nəyi pisdi kj?- Ağəli gülümsədi

— Çox şeyi pisdi,qardaşoğlu.Çox şeyi pisdi!..

Qıllnclar,nizələr,toplar-tüfənglər yıxmayanı qa-

dınlar yıxar.Bir də ayağa qalxa bilməzsən…

Kişi bu sözləri çox ciddi şəkildə dedi.Və

sonra da bir siqaret yandırdı.Tüstüsünü acgöz-

lüklə sümüedü.

— İçmək istəyirsiniz? – Ağəli soruşdu.

— Hə?..Nə dedin?- kişi suala sualla cavab

verdi.

— Deyirəm,bəlkə icazə verərsiniz ki,sizi bir

şeyə qonaq eləyəm?

Kişi baxdı düz gözlərinin içinə Ağəlinin.Ba-

xışlarında sonsuz bir gileylə yanaşı qəzəb də

oxundu.Sağ gözünün alti da səyridi.Astaca:

— Bəlkə burda oturmaqla,səndən bir şeylər qoparmaq tımənnasında olduğum qənaətinə

gəldin,qardaşoğlu? – dedi və başını buladı,- Yox,

qardaşoölu,başqa yerdə də otura bilərdim.

Ağəli pərtliyini gizlədə bilmədi.Sir-sifəti qı-

rışmış bu kişinin baxışları necə də itiydi!..Tərlə-

di.Zavod qapısında hansı vəziyyətə düşmüşdü-

sə Məmili kişi,indi o vəziyyətdəydi Ağəli özü də.

Qovrulurdu qarşısındakı kişinin baxışlarıyla.

–Bağışlayın!- dedi, – Mən o cürə demək istə-

mədim.

Kişi birdən-birə yumşaldı:

— Nə deyirəm,əgər bunu etmək istəyirsənsə

elə,- dedi,- amma buna razı olduğumu da ayrı cürə düşünmə.

Ağəli dar ağacı altında qəfildən bəraət alan

birisi kimi sevindi.Qarşısındakı araq dolu stəka-

nı sürüşdürdü ona sarı.Kişi o stəkanı yenidən

qaytardı yerinə.Bayaqkı odlu baxışları indi kə-

dərli,qəmli-qüssəli bir durumla əvəz edilmişdi.

Dedi:

— Yox,qardaşoğli,mən araq içmirəm.Çoxdan

yadırğamışam onu.İstəmirəm! İstəsəm də içə bilmərəm.Çaxır içərəm.

— Neynək,ondan götürrəm.

–Amma bir şərtlə…

— Hansı şərtlə?

–Yeməksiz! Meylim yoxdur…

Ağəli bir şüşə “Ağdam” şərabıyla qayıtdı.Onu qoydu stolun üstünə.Kişi bir Ağəliyə,bir də bu-

tulkaya baxdı.Baxışlar zual dolu olsa da,bunu

anlamadı Ağəli.Heç anlayacaq durumda da de-

yildi…Kişi şüşənin qapağını açdı.Bayaqkı stəka-

nlnı doldurdu və birnəfəsə çəkdi başına.Və:

— Bu şair milləti var ha,-dedi,- elə qadınlar kimi bu şərabı da çox tərifləyirlər.Guya bu şəra-

bı içməsən,məhəbbətin-filanın də qədruni bil-

mısən.Ancaq…- bir az durdu,sonra da soruşdu,-

uşaqdan-zaddan nəyin var,qardaşoğlu?

— Hələ uşaqların anası var ki?- Ağəli dedi və

belə dediyinə özü də təəccüblındi.

Kişi əlindəki boş stəkanl möhkəm-möhkəm

sıxıb,diqqətlə ba,dı ona:

— Düz də eləyirsən,tələsən təndirə düşər,qar-

daşoğlu! Kişi hər qabağına çıxanla evlənməz, –

dedi,- evlənər,mənim kimi də yanar.Yanar od-

suz-ocaqsız öz içində tüstülənə-tüstülənə…Qi-

yamətə kimi,hələ ondan da o yana…Eləsini al ki,.dəli-divanı olsun səndən yana.Gözəl olmasa

da ürəyi olsun.Gürzə kimi olmasın…

Deyəsən,çaxır tutmuşdu kişini…Gözləri qa-

panırdı Ağəlinin.Yorğundu.Amma gedə bilmirdi.

Sanki vizli bir qüvvə onu ayağa qalxmağa,get-

məyə qoymurdu.Ona elə gəldi ki,bu kişi dərdini

deməyə adam axtarır…Kişi stəkandakı çaxırın

yarısını da içib,qoydu stolun üstünə.Əlini atıb

pencəyinin döş cibindən kağıza bükülmüş bir

şey çıxardı.Onu səliqəylə açdı.İçindəki fotoşək-

li ehmalca aldı əlinə.Bir xeyləy baxdıqdan sonra

uzatdı Ağəliyə:

— Diqqətlə bax, -dedi,- qardaşoğlu, keçmi-

şimdən qalan yeganə budur.

Şəkildən Ağəliyə pəhləvan cüssəli,gözlərin-

dən od-alov yağan,sanki inamıyla dağı dağ üs-

tünə qoyacaq gözəl bir oğlan baxırdl.Yanında

da çox yaraşıqlı bir qadın…Qadın uşağı basmış-

dı bağrına,başını da qoymuşdu oğlanın çiyninə.

Sanki nağıllar dünyasındaydılar.Və bu dünyada

onlardan xoşbəxti yoxdu.Sanki bu fotoqrafı çə-

kən də onları elə təsvir etmişdi ki,bu cansız ka- ğız parçası dil açsın,desin bu şəklin tarixini…


( Ardı olacaq )




Məzahir İsgəndər
www.kafiye.net