HƏSRƏTİNİ QOXLADIM….

Bu gecə də gəldi-keçdi beləcə,

Nə qələm göz yumdu,nə mən yuxladım.

Gülüm,sənin əvəzinə gör necə

Doya-sıra həsrətini qoxladım.!




Qələm deyil,həsrət oldu əlimdə,

Məni yaxan həsrətin də nə şirin!

Yolum-irzim,imanım da,dinim də

Sənin qulun,sənin kölən,əsirin!




Bu həsrət də ətirli gül kimidi,

Barı,qoyma onu sınıb-solmağa.

Sevməmişdən axı kim səni kim idim?

Alışdırdın məni Məcnun olmağa.




Sevməmişdən axı səni kim idim?

Küçələri səfil gəzən avara…

İndi mənə həsrətin də bəsimdi,

Ki dil yana,dağa-daşa yalvara.




Həsrətindi məni hələ yaşadan,

Həsrətindi hər misram,hər sözüm də.

Həsrətindi sabahlma doğan dan,

Həsrətindi alivum da,közüm də!




…Bu gecə də gəldi-keçdi beləcə,

Nə qələm göz yumdu,nə mən yuxladım.

Gülüm sənin əvəzinə gör necə

Doya-sıra həsrətini qoxladım!..




Məzahir İsgəndər

www.kafiye.net