Darıxmışam.

Darıxmışam gəl görüşək,
Sevgimizi bir bölüşək,
Saatlarca yar sevişək,
İnan elə darıxmışam.


Tez gəl aşkım dözəmmirəm,
Səndən ayrı gəzəmmirəm,
Bəzənmirəm,düzənmirəm,
İnan elə darıxmışam.


Beynimdə var çoxlu sual,
Səninlə qurmuşam xəyal,
Əbədilik yanımda qal,
İnan elə darıxmışam.


Sənsizlik nəfəsmi kəsir,
Sənsiz soyuq yellər əsir,
Tez gəl,nəfəsim kəsilir,
İnan elə darıxmışam.


Ürəyimi soyutmaqçün,
Qollarında yatmaq üçün,
Bilmirəm heç nədən,neyçün?
İnan elə darıxmışam.


Yegane Bağırova
www.kafiye.net