Anamın dünyamızdan getdiyi gün 25 iyul.Bu ilki qədər anama ehtiyacım olmamışdı.

Laçınından bir çimdik torpaq istəmişdin-gözümə səpin-demişdin.Nəvələrin Yusif,Emin Laçına qədər müharibədə iştirak etdilər,paylarına zəfərlə bərabər,bir ovuc torpaq da düşdü.Məzarına səpdik ana,ruhuna ayan oldumu,bilmirəm!Kaş ki,bu günü görəydin.

Atamın məzarı 30 ildir Laçında ziyarətsiz,səni isə tez-tez ziyarət etsək də,nisgil ürəyimizə,həsrət ruhumuza hopub.Xəstələnmişdim,qəza keçirmişdim həm də, gec sagaldım… yanımda olsaydın,bircə kəlməylə sıgal çəksəydin,çoxdan qalxardım.

Ata evimiz həmişə qonaq-qaralı olub.Agırlıq anamın üzərinə düşərmiş…

Kənd şəraiti,8 uşaq qargaşası,təsərrüfat.

Atam isə işdə,iclaslarda olardı.İki şeir(ana üçün bu bir cızma-qara) ixtiyarınıza verirəm,Allah dünyadan getmiş valideyinlərinizə rəhmət eləsin,yanınızda olanlara saglam ömür versin.



HÖRMƏTLİ DOSTLAR.



Anamın yaylıgının qoxusu



Düz dörd ildir yoxsan ,ANA!
Səndən mənə köhnə-nimdaş,
Yaylıq qalıb,rəngi solmuş.
İyin,qoxun,həm keçmişin.
Bu yaylıga hopub-yatmış…



Qoxladıqca, yada düşür

Aglım kəsən,ya kəsməyən.
Yeddi qardaş – bacılarım
Öz sözünlə desəm belə:

,,Kipriyinlə od yıgmagın,



Şillə ilə üz qızardıb,

Külüng çalıb,çalışmagın”…
Bayramlarda öz donundan

Bizə tikmiş libaslarla
Qonşudakı uşaqların



Cərgəsindən qalmamagım.
Deyirdin ki,evimizin

Ehtiyacın,dərdin,sirrin
Bir kimsəyə açmaz idin…
Mənə qalan bu yaylıgı



Sən üzünə çəkib hərdən

İçin-için aglasanda,
Övladlara bildirməzdin.
Gah da nimdaş bu yaylıgı
Böyük-kiçık yeri bilib,



Sən agzına yaşmaq etdin.

Yeddi uçaq, qar-qargaşa
Azmış kimi- iki başsız
Körpəyədə qucaq açdın…

Bu yaylıgı iylədikcə,



Sadınlarda su daşıyıb,

Qızılgül tək becərdiyin
Həmərsünün ətri gəlir.

Əlimdəki bu yaylıqdan
Minlər ilə qonaq-qara



Yola salan samavarın
Kösövünün ətri gəlir.

Gah da mənə elə gəlir,
Çörək yeri dediyimiz
O damdakl ocagımız



Çırtaçırtla alovlanır…

Sacda bişən fətirinin,
Bizim üçün naxışlanan,
O balaca kokaların,
Sonda bişən kətələrin

Ətri gəlir,qoxsu gəlir..
Ətri gəlir qoxsu gəlir.



İstiyir




Boranı , şaxtanı isidən könlüm

İndi buza dönüb, sıcaq istiyir.

Bülbüləm,balalar olsa da gülüm,

Öz könlüm anamdan qucaq istiyir.




Ruhun nigarandı,Vətən yaralı,

Bir ovuc torpaqsız eldən aralı,

Ata məzarları param-paralı,

Fəridəsə sizdən,,bucaq” istəyir.



Əvvəlin bir XANIM, sonunsa qaçqın,

Götürdün sözünü dogmanın yadın,

Torpaq həsrətiylə alışdın, yandın ,

Şükür, indi yurdun ocaq istiyir.




24 07.2021.


Feride Köçerli İbrahimova
www.kafiye.net