OĞUL DÜŞMƏM ÇƏPƏRİDİR.

8-ci hissə

Kazımın ölümündən aylar keçsə də, Həlimə özünə gəlmir, hər gün ərinin qəbri üstünə gedərək onunla dərdləşirdi.

Elə bu gün də həmin günlərdən biri idi. O, ağır addımlarla Kazımın məzarının yanında oturub, baş daşını qucaqladı.

Məni niyə tənha qoyub getdin axı Kazım. Sən gedəli evimizin daşı-divarı da buz bağlayıb.

Əvvəllər elə bilirdim ki, oğlum, nəvələrim varkən sənsizlik asan olar. Amma sən demə heç kim sənin yerini verə bilməzmiş. Ağlayanda göz yaşlarımı silən sən idin, güləndə saçlarımı oxşayan. Mən səndən heç inciməmişdim ki, bəs niyə məni bu qədər incitdin axı deyib başını onun sinə daşına söykədi. Həmin an bir anlıq özünü Kazımın qolları üstündə hiss etdi.Gözlərini yumub əbədiyyən o qolun üstündə uyumaq istərkən, bir əl onun çiynindən tutdu. Həlimə diksinərək başını qaldırdı. Habil onun başı üstündə idi. O, nəvəsini görüb bir az da kövrəldi. Yaşlı gözlərini silib ona sarıldı. Habil nənəsini bağrına basaraq dedi.

Nənə, dur gedək evə. Mən varam, atam var, Qabil var. Babamı əvəz edə bilməsəm də, göz yaşlarını silib, saçlarını oxşaya bilərəm. Əgər məni sevirsənsə hər gün bura gəlib göz yaşlarını axıtma. Nəvəsinin bu sözləri qarşısında aciz qalan Həlimə onunla bərabər evə döndü.

Həlimə ilə Habil yenicə evə çatmışdılar ki, Məsmənin həyətdə gözü yaşlə var-gəl etdiyini gördülər. Həlimə soruşdu.

Nə olub ay gəlin?

Məsmə əlindəki yaylıqla gözlərini silib cavab verdi.

Axşam Əkrəm Qabili bərk danladı. O da səhərdən acıq edib evdən gedib, axşam olur hələ də gəlməyib. Həlimə gəlininin bu sözündən sonra nigarançılığı artdı və üzünü Habilə tutub dedi.

Ay bala bir çıx onun gedəcəyi yerləri axtar gör. Ay başıma gələnlər bi da başıma gələcəkdi. Habil narahat olma nənə, mən onu tapıb gətirərəm deyib küçəyə qaçdı.

O, qardaşının gedəcəyi yerləri axtarsa da tapmayıb geri dönmək istəyərkən məhlənin o biri başında sərsəri uşaqların səsi eşidildi.Onlar gah oxuyur, gah da ucadan gülürdülər. İçkili olduqları isə davranışlarından hiss olunurdu. Habil bir onlara tərəf getmək istədi sonra ayaq saxlayıb dedi.Yox Qabil onlara qoşulmaz. Sonra isə çevrilib ona sarı gələn həmin uşaqlara baxdıqda qardaşını onların sırasında gördü. Habil qardaşına baxıb yerindəcə donub qalmışdı. Tez özünü toparlayıb qaçaraq Qabilin qolundan yapışıb onlardan ayırdı.

Bu nədi qardaş? Sən içkilisən?

Heç yaşına yaraşırmı? Deyib onun qolundan bərk-bərk yapışdı. Qabil qardaşının onun qolundan tutduğunu görüb, buraxmağı üçün çırpındı.

Burax qolumu. Qardaşımmış yox bir. Sən atamın sevimli oğlusan anan da sevimli arvadı.

Mən kiməm hə? Kiməm? Cavab ver da.

Habil təəccüblə qardaşını süzərək dedi.

Sən mənim qardaşım.

Qabil ucadan gülməyə başladı.

Ha ha ha ha yenə də deyir qardaşım. Mən sənin heç kiminəm oğlum heç kimin. Sən get atama yalman. Bəlkə var dövlətini sənin adına keçirə.

Qabilin bu sözləri Habilə güllə kimi dəydi. O, əlini qaldırıq qardaşının üzünə sillə vurdu.

Kəs səsini bu nə sözdür? Ağzından çıxanı qulaqların duyurmu?

Qabil ayaq üstə dura bilmədiyindən yıxıldı. Habil onu yerdən qaldıraraq evə tərəf çəkdi.

Evə çatanda ilk onları qarşılayan atası oldu. Əkrəm işdən gəlib əhvalatı öyrənmişdi və qapıda durub onları gözləyirdi.

O, oğlunu içkili görünb qəzəbləndi. Bu nədir sən sərxoşsan? Bir sərxoş olmağın çatışmırdı o da oldusa tamamdır. Qabil ayaq üstündə güclə dururdu.O, atasını itələyib evə keçmək istəyəndə Əkrəm əlini qaldırıb ona şillə vurmaq istədi. Habil həmin an atasının qolundan tutub saxladı.

Dayan ata vurma. O, içkilidir ayılar söhbət edərsən. Özümü tuta bilməyib mən də vurdum amma peşiman oldum.Sən də peşiman olacağın işi görmə ata. Habilin bu sözündən sonra Qabilin qolu havada qaldı sonra o yumruğun sıxıb əlini yanına saldı və üzünü Məsməyə tutub dedi.Qaldır bunu otağına.Ayılsın səhər onunla söhbət edərəm.

Məsmə oğlunun qoluna girib otağına apardı.

Mənsurə adəti üzrə səhər tezdən durub süfrəni qurmuşdu. O, hamını süfrəyə çağırdı. Jər kəs süfrə başına toplansa da yenə həmişəki kimi Qabil gözə dəymədi.Əkrəm üzünü Məsməyə tutub dedi. Qabil oyanmayıb hələ? Məsmə cavab verdi. Yox hələ oyanmayıb.Yazıq uşaq gecə yarısına qədər yatmayıb.

Əkrəm kinayəli baxışlarla Məsməni süzüm gülümündü.

Niyə yatmayıb? Dərs oxuyurdu? Məsmə heç nə demədən başını aşağı saldı. Əkrəm isə dur get oğlunu oyat yeməyə gəlsin deyib əlini Qabilin otağına tuşladı. Məsmə tez yerindən durub sini götürüb süfrədən pay ayırıb siniyə yığmağa başladı. Əkrəm bunu görüb onun qolundan tutdu.

-Nə edirsən?

Məsmə cavab verdi. Qabil üçün yemək ayırıram aparım.

Əkrəm Məsmənin üzünə acıqla baxaraq dedi. Bilirəm yemək aparırsan. Bu uşağı sən pis günə qoymusan. Yataqda da yemək yeyilər? Nə bir əməyə alışdırdın nə də bir itaətə. Kişi də yataqda yemək yeyər? Bu gündən yatağa yemək getməyəcək.Hamı kimi o da süfrə başına gələcək. İndi get oğlunu oyat və bur gətir deyərək Məsməyə yol göstərdi.

Məsmə oğlunun otağına getsə də, yarım saat oldu nə Qabil nə də ondan səs soraq çıxmadı.

Gözləməkdən yorulan Əkrəm, özü durub oğlunun otağına getdi. Qapını döysə də oğlundan səs gəlmədiyini görüb içəri girdi. Qabil yorğanı başına çəkib yatırdı. Əkrəm çarpayıda oturub, yorğanı onun üzündən çəkdi və saçlarını oxşayaraq dedi.

Oğlum, niyə belə edirsən axı? Mən qardaşınla sənə nə zaman fərq qoymuşam? Barmağı hansını kəssən qan çıxar. Siz də mənim canımsınız. Bax qardaşına gecə gündüz oxuyur ki, gələcəkdə mənə arxa dayaq olsun.Sən nə edirsən? Bu hərəkətlərinlə mənim kürəyimdən vurursan.Baban rəhmətə gedəndən şirkətin işləri üstümə tökülüb sizinlə ciddi məşğul ola bilmirəm. Sən də yekə kişisən axı.

Qabil başını qaldırıb atasının yarıyuxulu atasının üzünə baxdı və dedi.

Ata, sən burada da Habili öyürsən? Səninçün varsa yoxsa Habil bir də Mənsurə var. Biz sənin üçün kimik ki? Bu gün sabah hər şeyini də keçirərsən onun adına bizi qoyarsan düzdə.

Oğlunun bu sözləri Əkrəmi sarsıtdı. O başını fırlayıb ayağa qalxdı. Otaqdan çıxmaq istəyərkən ayaq saxladı və geri dönüb oğluna, bu düşüncə ilə səndən adam olmayacaq deyib otağı tərk etdi.

Günlər keçdikcə Qabil ipə sapa yatmır daha da zalimləşirdi. O, hər gün dərs adı ilə evdən çıxır lakin sərsəri dostları ilə vaxtını öldürürdü. Hətta iş o yerə gəlmişdi ki, hər gün qardaşı ilə də dava edir bəzən də əlbə-yaxa savaşırdı. Evdə hər kəs onun əlindən cana yığılmışdı. Vəziyyəti belə görən Əkrəm, evi iki yerə bölmək qərarına gəldi. Bir evə iki giriş yeri qoydu və beləcə iki qardaşı məcburən ayırdı. Həlimə isə yığışıb Mənsurənin yanında qaldı.

İsti yay günlərindən biri idi. Habilin sevinvi yerə-göyə sığmırdı. O Neft və Kimya inistituna qəbul olmuşdu. Mənsurə və Həlimənin də sevinci Habildən geri qalmırdı. Əkrəmin isə bir gözü gülsə də biri ağlayırdı. Bir tərəfdə ağıllı və tərbiyəli oğul, o biri tərəfdə də hər gün qanını qaraıdan oğul.

Günlər keçdikcə ağıllanar desə də, Qabil daha da betər olurdu. Hara gedər dalaşar, sərsəri uşaqlara qoşulub qızlara söz atardı. Habil isə yenə də qardaşının bu hərəkətlərinə dözmür, onu doğru yola gətirmək üçen əldən ayaqdan getsə də mümkün olmurdu.

Mənsurə ərinin bu halına acısa da əlindən bir şey gəlmirdi. O, bir gün Əkrəmə dedi.

Əkrəm get Qabili də Məsməni də başına yığ geniş söhbət elə. Səndə də günah var. Qabil qovduqca sən qaçırsan. Dikil qarşısına gör uşaq nə istəyir. Sənə qarşı ürəyini didən kin nədir. Qoy qışqırsın, bağırsın amma qarşısında yenə də dayan. Biz dedik yeniyetməlik dövrüdür keçib gedər amma getdikcə betər olur axı. Həlimə gəlininin dediklərini təsdiqlədi.

Mənsurə düz deyir oğlum. Bu axşam get otur söhbət et.

Əkrəm anasının əlindən tutub sakit bir tərzdə onun qəlbinə toxunmadan dedi.

Ana bilirsən mən səhvi harada etdim? İkinci dəfə evlənəndə.

Həlimə əlini oğlunun dodaqlarına yaxınlaşdırdı.

Sus bala bu sözün Allaha xoş getməyə bilər. İki övladın var sənin. Bac Habilə. Atan hər zaman iki qardaşı dizinin üstünə otuzdurub deyərdi.

Düşmən Çəpəridilər ey deşmən çəpəri. Bəlkə də Məsmə üçüncünün qız olacağından qorxub doğurmadı. Əkrəm isə başını aşağı salıb günahkarcasına cavab verdi. Yox ana, üçüncünü mən istəmədim. Həlimə təəccüblə oğlunun başını qaldırıb onun üzünə diqqətlə baxdı.

-Nəyə görə oğlum?

-İstəmədim Məsmənin uşağı iki olsun. Çünki hələ bir uşağı ola-ola hər gün Mənsurəni zəhərləyirdi. İkincisi də olsaydı onu bu evdə titmaq çətin olardı. Qorxuram ki, Qabil də anasından betər ola.

Həlimə, oğlunun bu hərəkətini xoş qarşılamasa da haqq qazandırırdı. Bəlkə də bu gün Məsmə etdiklərinin cəzasını çəkirdi. Necə deyərlər “Alma məzlumun ahını, çıxar ahəstə ahəstə”.




Ardı var

Metanet Duygğulu
www.kafiye.net