Yalan xoruz banı kimi



Hər bir şərin öz xeyri var,

Qaranlıgın sonu kimi.

Dərdi verən çarə tapar,

Ruha verən canı kimi.




Çəkildikcə hər sınaga,

Ya qaraya, ya da ağa,

Şükürlüyəm sola, sağa,

Gecəyə sübh danı kimi.




…Əzab çəkdim yatagımda,

Dostlar ələk daragında,

Çoxu-öz kef-damagında,

Azı- dogmam qanı kimi




Dərdlərim Allah qonagı

Günahımın bir qınagı,

Dərs oldu,,dost”lovgalıgı

Yalan xoruz banı kimi.




Fəridə Köçərli.

14.07.21.

www.kafiye.net