Günəşim mənim




Nə qədər vəsf etsəm, yazsam pozsam da,

Ən gözəl nəğməni sənə qoşsam da,

Hər axşam düşəndə sənə baxsam da,

Əlvida deyirsən, ey gözəl Günəş!.




Kaş çəkə biləydim duyğularını,

Haldan hala düşən rəng çalarını,

Sən bulud dalında batmaq istərkən,

Mənim baxışımın kədər rəsmini.




Bu gün yola saldım əl yelləyərək,

Səni görmək üçün sabah yenidən,

Sübh o başdan sahilə yüyürərək,

Səni görmək qismət olsun. yenidən.





Elmaya  Cabbarova
www.kafiye.net