DÜNYA



Dünya, neçə üzün var imiş sənin,

Nə xeyrin bəllidir, nə də ki, şərin.

İnsan övladına dövri-qədimnən,

Qazdığın quyular dərindən- dərin?




Hərdən üzümüzə baxıb gülürsən,

Səadət bəxş edib sevindirirsən.

Hərdən də don biçib,qüssə, kədərdən,

Bizə öz əlinlə geyindirirsən.




Verdiyin şərbətin zəhri bilinmir,

Çəkdiyin nazın da qəhri bilinmir.

Əllərin başımız üstdədir amma,

Qapazı bilinmir, mehri bilinmir.




Bizi ki, qoynunda böyütmüsən sən,

Bəs niyə ölümə tələsdirirsən?

Nə sağın bəllidir, nə də ki, solun,

Səmti bilinməyən külək kimisən.




Nə qədər mülayim, ipək də olsan,

Sənlə yola getmək deyildir asan.

Atıb önümüzə oyuncaqları,

Bizi oyuncaq tək sən oynadırsan.



Dünya, neçə üzün var imiş sənin,

Tutan olubmu heç görəsən çəmin?*

Adın “qoca dünya” olsa da, hələ,

Getməyib başından, cavanlıq dəmin.




Müəllif.Metanet Duyğulu.

10.072021
www.kafiye.net