~ Səninlə Sənsiz ~




Səni anlatmağa nə elmim çatar,

Nə sözlərim yetər, nə də fəlsəfəm.

Çox uzaqda deyil könül səhifəm,

Əlini uzatsan əlimə çatar.




Bir zamanlar nə danışdın nə dindin,

Nə aradın, nə də görməyə gəldin.

Elə bildin ki, unutdum səni mən,

Bil ki, biri var könlümdə, o da sən.




Eşqin yollarında gəzirəm səni,

Özünü görmürəm, tapıb kölgəni,

Baş alıb gedirəm göylərə sarı,

Heç kimin sevdası qalmasın, yarı.




Səni sevəcəyəm sonuna qədər,

Bu sevdaya dözəcəyəm bir təhər,

Səninlə Sənsiz bir dünyam var mənim,

Bunun adı qismətdir, ya da qədər ?!!!




Öz kiçik dünyamın sakiniyəm mən,

Əhdi – peymanıma niyyətliyəm mən,

Sevgi bir nemətdir, qədrini bilək,

Hər kəs öz talehin yaşasın gərək…




Bilmirəm nədəndir, duman həm də çən,

Heç vaxt əl çəkmirlər, mənim gözümdən,

Biri sərgərdansa, alatoranda,

Biləcəm, o sənsən mənsiz, cahanda!!!..





Elmaya  Cabbarova
www.kafiye.net