*…… ARXİVdən ….. ***** ““““““`

İllər öncə memar maqistr tələbəmizin tuşla nöqtə işləməsilə əl işi.Dostlar, bu rəssamlıq nümunəsi olan, nöqtə -nöqtə nəqş olunmuş bir əsərdir. Diqqətlə baxıb təəssüratlarınızı, düşüncələrinizi, əslində nə ifadə olunub və s. bildirmənizi rica edirəm.




Gözlər






Gözlərin dərin ümmandır,

Baxışların bir cazibə.

Ömrümdəki tək möcüzə,

Gəldiyimiz gün göz – gözə.





Göz yaranıb, baxmaq üçün,

Baxmaq azdır, görmək üçün,

Əyri gedən bir durum var

O doğrudur, təhlükə var.!




Bir niqaba ehtiyac var,

Bəlkə də bir qorumaya,

Yad gözlərin baxışına,

Çəkiləcək bir sərhəd var.




Gözlər qəlbin aynasıdır,

Könül səsi, sədasıdır,

Söyləməsən, hər bir sözün,

Ürəyində qalasıdır.





Elmaya Cabbarova
www.kafiye.net