HİKMƏTLİ MİSRALAR.



Layiqsiz olan şeyi,

Rəva bilmə özgəyə,

Dəyərsiz əşyaların,

Çöpə getməsin deyə.



Salarsan qiymətini,

O zaman sən özünün.

Dəyəri qalmaz artıq,

Bircə kəlmə sözünün.

*********************

Çalış ki, bu dünyada,

Necə varsan elə qal,

Zirvəyə çıxan zaman,

Enməyi də gözə al.



Baxmaginan məzluma,

Yuxarıdan aşağı.

Saxla səni qaldıran,

Cırıq-sökük başmağı.


*********************

Cənnət deyilən yerə,

Getmək üçün, azacıq,

Təmiz saxla qəlbini,

Əllərin olsun açıq.



Duaların yetişər,

Göyün yeddi qatına.

Çörək verərsən əgər,

Ac gəzib, ac yatana.


*********************

Tanrı sənə əmanət,

Göndəribsə qocanı.

Baxmayıb əziyyətə,

Sevməlisən o canı.



Bəlkə bununla elə,

Olunursan imtahan.

Aparacaq cənnətə,

Səni, baxdığın o can.


*********************

Yaxınına yadına,

Şirin eylə dilini.

Verən kimi düyünlə,

Yardım edən əlini.



Yoxsa ki, deyəcəkdir,

Hər kəs adına arsız.

Etdiyin yaxşılıqlar,

Olmasa təmannasız.


*********************

İnsanı edər insan,

Hər kəsin öz niyyəyi,

Savabı olmayanın,

Olmaz heç ibadəti.


*********************



Müəlluf.Metanet Duyğulu

25.06.2021

www.kafiye.net