Rəngini Bilən




Tənhalıq açısına bir şəkil çəkən oldu?

Rəngini bilən varmı çəkilən açıların?

Tənhalığın ölçüsün,çəkisin çəkən oldu?

Dərdini bilən varmı çəkilən açıların?

                                 


Hündür yerindən baxıb intiharına ömrün,

Bir dəfə göz yumulur yuxusuna ölümün.

Qara sözlə başlayır ağ yazılar ağ əmrin,

Nizama düzüb gedir hər ayını ilimin!




Şirin sözlərin donar isti baxışlarında,

Külək öpən ətrini yağışlar yuyar gedər.

Mələklərin xətrinə yağan yağışların da,

Damla damla açını bir anda sayar gedər!





Dilşad Araz
www.kafiye.net