OĞUL DÜŞMƏN ÇƏPƏRİDİR

3-cü hissə.



O gün səhər fərqli açılmışdı.Səhər günəşinin şəfəqləri pəncərən içəri boylanıb sanki, Mənsurəni təsəlli etmək istəyirdi. Həmin gün quşlar belə Mənsurənin pəncərəsi önündə nəğmə oxuyurdu.

Mənsurəni quşların səsi oyatdı. Oyandıqda isə Əkrəmi yanında görmədi.Hövləng qalxıb saata baxdı. Saat artıq doqquzun yarısı olmuşdu.O, ilk dəfə idi ki, yuxudan qalxıb ərini yola salmamışdı. Gözündən axan yaşlar, gözlərini o qədər yormuşdu ki, gözlər belə erkən dünyaya açılmamışdı.O, ayağa qalxıb pəncərəyə sarı getdi.Pəncərəni açan kimi təbiətin ətri evə yayıldı oradan da könlünə doıdu.Mənsurə gözlərini yumub bu havanı ciyərlərinə çəkdi. Sanki, bununla da ruhuna sakitlik çökdü. Üstünü geyinib mətbəxə keçmək istərkən, qaynana və qaynatasının səsini eşidib mətbəxin önündə ayaq saxladı. Həlimə xanım, əri ilə məşvərət edirdi.

-Ay kişi, mənim Türkiyədə bir həkim tanışım da var Hülya xanım.Səhər tezdən müayinənin cavablarını çəkib ona da atdım.O da olumsuz cavab verdi. Bəs biz neyləyək?

Kazım kişi əlini başına apararaq bir az fikrə getdi. Mən də sənin kimi ay arvad.Başımı itirmişəm.Mənsurə bizim həm qızımız həm də gəlinimiz olub. Onun bu evdən getməyinə ürəyim tab gətirməz. Amma bir əlac var.

-Nə aəlacı? deyərək Həlimə ümüd dolu baxışlarla ərinin üzünə bazdı.

-Əkrəm başqa biri ilə də evlənsin və uşağı olan zaman birini Mənsurəyə versin.

-Buna Mənsurə razı olarmı? Yox belə iş olmaz ay kişi.

Kazım mülayimliklə Həlimənin əlindən tutdu.

-Bəs nə deyirsən?Özgəsinin uşağınımı götürsünlər? Əkrəmin nə bacısı nə də qardaşı var.Tək tənhadır uşaq.Övladı da olmasa necə olacaq…

Həlimə ərinin sözünü kəsərək dedi.

Sus sus sus ay kişi ağzından yellər aparsın. O, çarəsizcə əlini qaldırıb, Allahım sən özün məni bu çarəsizlikdən qurtar, sən özün mənə doğru yol göstər deyib yaşaran gözlərini sildi.

Mənsurə onların bu sözlərini eşidərkən gözlərindən axan yaş yenidən yanaqlarını islatdı.

O, barmaqlarının ucunda səssizcə otağına qayıtmaq istərkən Mərmərlə qarşılaşdı.Mərmər əlində qab-qacaq mətbəxə keçmək istərkən, Mənsurə ona toxunmuşdu.

-Gəlin bacı gəlin yeməyinizi yeyin.Süfrə hazırdır.

Mənsurə gözlərini silərək mətbəxə keçmək məcburiyyətində qaldı. Həlimə xanım gəlininin səsini eşidən kimi ayağa qalxdı. Gəl qızım gəl.Biz qaynatanla yeməyimizi yedik.Səni oyatmağa qıymadıq deyib gəlininin qolundan tutarkən gözləri onun yaşlı gözlərinə sataşdı.

Sən yenə ağlamısan ay bala?

Dedim axı bir çarə tapacayıq.

Kazım kişi ayağa qalxıb üzünü gəlininə tutub dedi.Mən şirkətə gedirəm. Qayıdarkən o gözlərdə bir gilə olsun belə yaş görmək istəmirəm. İstər nə olur olsun, sən bizim sevimli gəlinimizsən bunu bil.

Həlimə ərinin sözünə dəstək vermək üçün başı ilə razılıq işarəsi verib Mənsurəni qucaqladı və üzünü Mərmərə tutaraq, Mərmər, gəlinimə qulluq et deyib ərinin arxasınca mətbəxtdən çıxdı.

Mənsurənin boğazı elə tikilmişdi ki, bir qurtum çayı belə uda bilmirdi.Sonra özü-özünü danlayıb sanki özü ilə danışırdı.Sən niyə qaynananı qınayırsan Mənsurə? Sən onun yerinə olsan belə etməzdinmi? Sənin iki yolun var artıq.Ya atan evinə dönmək, ya da “günü” qəbul etmək. Yox atam evinə dönə bilmərəm.Mən Əkrəmsiz yaşaya bilmərəm axı.Onsuz bir günümü belə təsəvvür edə bilmirəm. Qəbul edəcəm.Qoy Əkrəm evlənsin.Ən azından Əkrəmin yanında olaram deyib ayağa qalxdı və uca səslə qulluqçunu səslədi. Mərmər, bu gün mətbəxin işlərini mən özüm görəcəyəm.Sən başqa işləri gör.Mərmər, baş üstə gəlin xanım deyərək otaqların təmizliyinə başladı.

Həmin gün Mənsurə, yeddi cür yemək hazırladı. Axşamın düşməsini, Əkrəmin evə dönməsini isə səbirsizliklə gözlədi. Həlimə, gəlinini iş başında görüb çox sevindi.

Şükürlər olsun ay Allah gəlinim depresiyanı tez atıatdı. Amma, əslində Mənsurənin işlərə bu şəkildə girişməsinin özü də depresiyanın bir növü idi.

Axşam oldu.Mənsurə böyük və gözəl bir süfrə açdı.Ərinin gəlişini hiss edərək qapıya qaçıb onu qarşıladı.

Xoş gəlmisən əzizim deyərək Əkrəmin boynuna sarıldı. Əkrəm Mənsurənin özünə gəlməyinə görə svincək halda

Xoş gördük Mənsurəm.Şükürlər olsun bu gün səni yaxşı gördüm deyərək onu bağrına basdı.

Əkrəm evə daxil olarkən gözləri süfrəyə sataşdı.Bəh-bəh-bəh bu gün süfrəmizdən sevgilimin kokusu gəlir deyərək Mənsurəni yenidən bağrına basdı.

Bəli, axşam süfrəsi şən keçdi.Mənsurə, əvvəlki kimi gülümsəyir, şirin -şirin söhbətlər edir, əri və qaynatasından günlərinin necə keçdiyini soruşurdu.

Yemək bitdikdən sonra Əkrəm otağına keçmək istərkən Həlimə onu arxadan səslədi.

-Əkrəm, bir az otağıma gələ bilərsənmi atanla mənim sənə deyəcəklərimiz var.Əkrəm həmişəki kimi itaət dolu baxışlarla anasını süzüb dedi. Baş üstə gəlirəm ana.

Mənsurə, söhbətin nə yerdə olacağını gözəl bilirdi.Buna görə də səssizcə otağına çəkildi. Bir az keçmədi ki, Əkrəmin ucadan səsi eşidildi.

Yox ana yox.Siz nə danışırsınız? Mən Mənsurədən başqası ilə evlənə bilmərəm. Uşaq mənim umrumda deyil.

Həlimə isə ağlayır, oğluna yalvarırdı.

Oğlub, bilirsən ki, biz də Mənsurəni çox sevirik amma nə edək hə sən de nə?

Bizim də nəvə oynatmaq haqqımız deyilmi? Əgər əlacı olsaydı gözlə deyərdim.Axı əlacı yoxdu.

Əkrəm isə həyatında bəlkə də ilk dəfə idi ki, valideyinlərinin üstünə uca səslə qışqırırdı.

Yox- yox- yox mümkün deyil deyərək qapını çırpıb valideyinlərinin otağından çıxdı. O, öz otağına girərkən Mənsurənin yığışdığını gördü.

Mənsurə, bu nə yır-yığıçdı sən hara?

Mənsurə yaşlı gözlərini silərək dedi.

Əkrəm, sənin iki yolun var.

Ya evlənməlisən ya da atam evinə gedirəm.

Əkrəm əli ilə başını tutaraq uca səslə.

-Mənsurə səndımi? Siz ağlınızımı itirmisiniz? Mən niyə evlənməliyəm, sən nədən atan evinə getməlisən? Bir uşağa görəmi?

Mənsurə ilk dəfə olaraq uca səslə danışmağa başladı.

Hə uşağa görə Əkrəm, uşağa görə. Mən də uşaq istəyirəm ozü də sənin uşağını. Başa düşdünmü? Mənim əlacım yoxdur. Barı sən bizi uşaqsız qoyma. Əkrəm sanki başını itirmişdi.O başını fırlayıb evdən çıxdı.Mənsurə onun arxasınca.

-Hara gedirsən?

Əkrəm geri çönüb Mənsurəyə acıqla cavab verdi. Heç nə bir az hava almağa ehtiyacım var.

Bəli, həmin gün Əkrəmlə Mənsurənin həyatında dönüş nöqtəsi oldu.



Ardı var.

Metanet Duyğulu
www.kafiye.net