Şair ömründən.3 cü his.


Şairlə son görüş



Neçə vaxt qəlbimdə büllur sevgimə,

Ehtiyat ucundan duman bələdim…

Şairlə sonuncu o görüşümə,

Mən nur səpəcəydim, leysan ələdim …

Mən onun gözünə görsənməsəm də,

İntihar yuxusu, kasıb daxması…

Görən gözlərimə bir dag çəksə də..

Dərddir yaddaşımda bitib qalması.

Aglımla düşünüb, bacara bilsəm,

Qəlbin ayagına qandal vuracam!

Qəsdən öz-özümü azdıra bilsəm,

Oldugu ünvanı mən səhv salacam!


…başımı qaldırdım,həmin küçədir…

Nə agıl, nə qandal kara gəlmədi…

Bu həmin qapıdır, dar pəncərədir…

Nədənsə, heç biri mənə gülmədi.

Qapının cəftəsi çox paslanmışdı…

Başımda o yuxu yenə fırlandı…

Bəlkə sahibinə yas baglamışdı?

Qapının görkəmi məni aglatdı…

–bircə şairimə heç nə olmasın!

Titrəyən qəlbimlə içəri girdim.

…dondum düşüncəsiz müqəvva kimi…

Tərpənə bilmədim gördüklərimdən…

..qapı xəcalətli,günahkar təki

Küçəyə çıxmaga kömək eylədi…

Sevgidən nifrətə bir addım yolu,

Süründüm,min cürə fikirlə dolu:

–Dumanlı otaqda ölsəydi o vaxt,

Mənə də urvatsız olmazdı həyat…

Fəridə, qəlbində qursaydın taxt–tac,

Əlbət xəyanətə qalmazdın möhtac…

Budurmu , şairin ilhamı, təbi?

Süzür qədəhlərə, gözü-gözünə…

Araq şüşəsində ,,saf”məhəbbəti,

Tərif söyləyirdi, sevgi sözünə…

Utancaq sevgiyə xəyanət edən

Taxta qapı qədər heç üzülmədi.

Qəlbimdə mən onu lənətləməknən,

Şair sevgisinə ləkə gətirdi…



Fəridə Köçərli İbrahimova
www.kafiye.net