Hamı yazır



 

Hamı yazır əldə qələm

Kimi düzdən,kim əyridən.

Kimi yazır olanları,

Kimsə, yaddan azanları.

Kimi yazır ,yazar kimi,

Kimi bizim qonşudakı

Xədcə adlı xala kimi

Xədcə kimdir?




Nervoz Xədcə

Həkim deyib coxlu yazsın

Bütün olan acıgını

Ag vərəqə boşaldaraq,

Yazdıgını çırıb atsın.

Belə çıxır elə biz də

Əl çatmayan ətəklərin,

Diş batmayan köpəklərin,

Yetılməyən yedəklərin

Acıgını çıxardırıq.




Yazıb-yazıb boşalsaq da,

Dərdi-səri boşaltmırıq.

Doluları boşaldanlar

Çözümüzə kül üfürür…

Yuxarıdan yazanlara

İki əlli əl veririk…

Cıgır qədri bilməyənə,

Qələm ilə yol cəkirik.

Hey yazsan da,yaratsan da,

Qol çəkənin olmayacaq.

Olsa-olsa Xədcə çəkib,

Sonra cırıb,tullayacaq !




Fəridə Köçerli İbrahimova
www.kafiye.net