Sevinc ag saçımda,…



O vaxtdan bu vaxta çarə gəzirəm,

Qalmışam ikicə yol arasında.

Torpaga sadaga,həm də nəzirəm,

Bəlkə məlhəm olar yurd yarasında
Qalmışam ikicə yol arasında



Ana vəsiyyətin siləm dagını,

Yandıram atamın yurd ocagını,

Acam məzarına gen qucagımı…
Arzular hələ də yol yarısında,

Qalmışam ikicə yol arasında.



Yurda qayıtsaq da,bizdən gedənlər

Qayıtmaz şəhidlər- cihad edənlər,

Yarımcan qazilər, əsir, itənlər…

Dərddir ürəyimin hər parasında,

Qalmışam ikicə yol arasında.



Şükür ki, həsrəti yox etdi Fələk,

Fəridə,dərdindən,qəmindən əl çək.

Ruhunda oyansın min arzu, dilək.

Sevinç ag saçımda,dərd qarasında.

Qalmışam ikicə yol arasında.



Fəridə Köçərli.
23 05 2021
www.kafiye.net