Lalələr.



Yazın əvvəllində vətən çölündə,

Çağırır yanına məni lalələr.

Qara xallarını düzüb telində,

Götürür saçımdan dəni lalələr.



Gətirdi bir anlıq ötən gəncıiyi,

Yorğun gözlərimə verdi dincliyi.

Gəlir üst-başından vüsalın iyi,

Qovubdur dumanı-çəni lalələr.



Çökdü üst başıma ətir nəfəsi,

Sarıldı boynuma hər bir tanəsi.

Gəldi qulağıma Rəşidin səsi,

Yazıldı bir şeir yeni, lalələr.




Müəllif.Metanet  Duyğulu.

18.05.2021
www.kafiye.net