Comagıma sıgınacam



Ətraf da hər ruhlu insanlar yaşar,
Çoxunda aura bahar, yaz anar.
Var da gözlərindən kin-küdrət daşar,
Cəhd edib yalanla hörmət qazanar.

İnsanlıqdan inçik düşən,



Tərəddüdlə hey əlləşən

Duygulardan yazmıyacam.
İstisinə isinməyib,
Tüstüsünnən kor oldugum,

Gumanıyla ovundugum,
Yalanına güvəndiyim,
Soyuguna isindiyim,
Naməhrəmdən məhrəmliyi


Ummayacam, innən belə.
Söz verirəm,odlansam da,
İçin-için əriyərək,
Öz közümü söndürəcəm.


Ruha beşik sandıgımı
Öz gözümdə ucaltdıqca,
Qarşısında alçalmışam.
Olub-keçən duygulardan


Söz vermişəm,yazmayacam…
Bəlkə,elə pis bildiyim
İnsanlara yaxşı deyim?
Sonra seçim aldatsa da


Öz – özümü qınamayım…
Çünki özüm biləcəm ki,
İtlə dostlyq edəcəmsə,
Çomagıma sıgınacam…


Şeirim sənə yazılsa da,

İnnən belə yazmayacam!



Fəridə Köçərli

11.05.2021
www.kafiye.net