Bir 1 kişi ve ayakta görseli olabilir



Ele Yalanlar


Elə yalanlar, elə fırıldaqlar eşidirsən, görürsən ki, mətəəl qalırsan. Yolda maşın vurmuş, nəticədə yüngül yaralanmış adamı xəstəxanaya çatdırırsan, vicdanlı davranan insan olursan. Xəstəxanaya tökülüşən qohum əqrabaları səni şikayət edir. Guya maşınla sən vurmusan. Hər şeyi izah elədikdən sonra yoxluq üçün yaradana şükür edirsən. Sonra kənardan guya sənə ürəyi yananların dəxlisiz sözlərini eşitmək məcburiyyətində qalırsan.

– İnsana yaxşılıq yoxdu, gərək o vəziyyətdə yolda qoyub gedərdin.

– İndi səndən pul istəyəcəklər.

– Ağlın yoxdu, başını işə saldın və s.

Baxıram ki, adamı tırkaya verən elə ətrafıdır.

Hər şey bir yana, sənə yaralının yaxınlarından biri zəng vurur, sızlayır, sonra səni borclu çıxardır ki, gərək maşının nömrəsini götürəydin. Heç olmasa xəstəxana xərclərini ödəyəydi. İndi pulu kim verəcək?

– Allah köməyiniz olsun. İnşallah pul taparsız.

– Sən də tapa bilərsən?

– Başa düşmədim.

– Sən gətirmisən axı xəstəxanaya.

– Hə, nə olsun?

– Adətən maşın vuran adamı kim gətirirsə, xərci o verir.

” Xanıma söyüş yaraşmır” ifadəsini gözümün qabağına gətirib and içmişəm ki, bacardıqca qarşı tərəfi söyməyəcəm. Hirsimdən şalvarımın cibini dartım cırmışam. Sonradan fərqində olmuşam.

– O adət hansı kitabda yazılıb ki, oxumamışam?

Sizdən sənə keçirəm. Görürəm ki, qarşı tərəf özünü o hörmətə layiq görmür.

– Özündəsən sən? Ya gündüz zavtrıkı araqla başlamısan? Gedin işinizlə məşğul olun.

– Verməlisən də. Köməklik eləməlisən. Yoxsa səni şikayət edərik.

Özümdən asılı olmadı, bir gic gülmək gəldi mənə.

– Başa düşmədim, kimi şikayət edirsən?

– Bizə kömək eləməlisən.

– Ay başdan xarab, siz kömək nəyə deyirsiz? Adam yaralanıb, xəstəxanaya aparmışam. Pislik eləmişəm?

– Maşının nömrəsini götürməmisən. Bəlkə vuran adamın tanışısan?

– A tupoy, kamera var da, canın çıxsın get bax da. Mən yada salmalıyam?

– Məni təhqir elədiyin üçün səni polisə verəcəm.

– Get kimə istəyirsən şikayət elə. Səhv olduğum halda özümü prav çıxardan adamam. İndi düz ola-ola susacam səncə? Yaz səsimi, maşınla mən vurmuşam. Belə yaxşıda eləmişəm. Get polisə beləcə de. Birdə məni narahat eləsən, yaxşı sözlər eşidəcəksən. Əvvəlcədən səsimi yazarsan, yaxşı? Tupoylar.

Bu hadisə tanış xanımın başına gəlib. Qarşı tərəf bilmir ki, xanımın telefonunda bütün danışıqlar yazılır.



Şefaqet Cavanşirzade
www.kafiye.net