GÖZƏL



Tellerin payizin xezan yarpagi,

Yellenir o zerif ciyinlerinde.

Dagilir,tokulur uzuaşagi,

Qivrilir ilantek incə belinde.



Əsdikcə baharın xəfif yelləri

Gözəl yanaqların necə allanır

İncə buxağında tərli əllərin

Utancaq-utancaq necə dolanır!



Lütfüdür,yaradıb yaradan səni,

Çiçəklər içində, çiçək kimisən.

Dağların yamyaşıl yamaclarında,

Açılan laləsən,süsən kimisən.



Təbiət utanır gözəlliyindən

Yaraşıq verirsən çəmənə,düzə.

Bulaq gözlərindən ,bal dodağından

Pay düşə dillərə,pay düşə sözə.




Əsmər Bağırova 2021 aprel
www.kafiye.net