Şair, publisist, filosof

Hacı Loğman Qorqud

poeziyasından dost hədiyyəsinə görə dərin təşəkkürümü bildirir, can sağlığı, yaradıcılıq uğurları arzu edirəm.

Ovudardı könlümü bircə onun baxışı,…

Yenə yağdı gözümdən o həsrətin yağışı…

Elmaya Cabbarova nın qış Laylasına


Nə vaxtdır gözləyirdik bu təzə yağan qarı,

Demək, qış fəslinin də var öz qarlı baharı,

Bürüyüb qar çıçəyə təpələri dağları,

Hər yan gəlin həyalı, hər yan ismət boyalı,

Qələm götür vəsf elə şair könlüm bu halı…


Rəqs edərək havadan Bəyaz çəçəklər yağır,

Dəyişir libasını dağ, dərə, eniş, çığır,

Budaqlarda sərçələr çikkildəşir, çağırır,

Quşun da quş dostu, quşun da öz quş dili,

Əzəlindən belədir kainatın təməli..


Sanki budaqlar üstə çəçəklər tığın-tığın,

Yollar xalı döşəmə, qar xalça yığın yığın,

İçındə gülxətmi var qar yuğuran palçığın,

Bəyaz şaxta qoxulu, sərt ayazı havalı,

Təmizlər könlümüzdən qəm qüssəni, məlalı…


Səngərdə əsgərlərim Keşik çəkir müntəzir,

Sanki bu çovqun tufan ana qəlbində əsir

İsti evlərdə belə ürəkləri buz kəsir,

Hey düşünür necədir balasının əhvalı,

Balasıdır gözündə dünyanın cah-cəlalı..


Görün nə düşüncəyə azdı qələm, daldı söz,?!

Beyin verdi qələmə, yazdı qələm, qaldı söz,

Hərdən karvan yükü qəm, hərdən şəkər, baldı söz,

Xəyalımda canlandı qədim Göyçə mahalı,

Hələ də cövlan edir başında qeylü qalı..




Xızır Elləz bayramı idi bu ayın adı,

Damağımdadı hələ sacda qorğanın dadı,

Alovlanırdı təndir yanında un, balatı,

Nəhrədən təzə kərə, xarramış beçə balı,

O günlərin birinə dəyməzmiş dünya malı..


Buz məmələr sallanar şiferlərin ucundan,

Xırta xırtla yeyərdik doymaz idik dadından,

Nə angina, nə zökəm,! xəbərsizdik adından,

Canımız polad kimi, canımız buz baltası

Varımız bax bu idi, ləl gövhərin bahası..


Evimizin arxası Zirnicli meşəsiydi,,

Uşaqlıq illərimin ən cənnət guşəsiydi,

Qartopası oynamaq uşaqlıq peşəsiydi,

Zirniclinin başından minərdik xizəkləri,

Səsimiz götürərdi qarlı biçənəkləri..


Gah paltomuz çırılar, əlimiz sıyrılardı,

Gah dava dalaş salar yolumuz ayrılardı,

Bax beləcə gün keçər, evlərə dağılardı,

Dərsləri öyrənməmiş yuxu getməz gözümə,

Necə baxacam sabah müəllimin üzünə?


Bir də utanmağımın səbəbi o qızıydı,

O könlümdə parlayan müqəddəs ulduzuydu,

O da duyğulu, həssas, mənim tək yalqızıydı,

Ovudardı könlümü bircə onun baxışı,…

Yenə yağdı gözümdən o həsrətin yağışı…


Bax beləcə yağan qar mənim könlümə yağdı,

Günlərimə, ayıma, düz 40 ilimə yağdı,

Loğman, sən nə biləsən, O yağdıran yağdırdı,

Yaxşısın Allah bilir Odur yazan bəxtimi,Leyli Məcnun bəxtimi, şair ozan bəxtimi…


Sunan
Elmaya Cabbarova
www.kafiye.net