SARSILMAZ  DOSTLUĞUN   QƏLƏBƏSİ

Uzun   illərdən   bəri   davam   edən,  Azərbaycan-Türkiyə   qardaşlığı   tarixin   hər  dönəmində  özünü  doğrultmaqla, Ulu  Öndər   Heydər   Əliyevin  təbirincə  desək: ,, İki  dövlət,  bir  millət”   birliyinin   sarsılmazlığını   özündə  ehtiva  etmişdir.


Bir   əsr  bundan   qabaq    Azərbaycanda   baş   vermiş  siyasi  gərginliyin  yenidən   təkrarlandığı  bir   dövrdə,  44  günlük   Vətən  müharibəsinin  başlandığı  ərəfədə   qardaş   Türkiyənin  Azərbaycanın  yanında   olması   çox   qürurverici   olduğunu  özünü   bariz  şəkildə  göstərdi.

Azərbaycan   Respublikasının  Prezidenti,  Cənab   Ali  Baş  Komandan   möhtərəm  İlham  Əliyevin   qətiyyətli   addımı  nəticəsində  xalqımız   30  illik  həsrətə  son  qoydu.

Qardaş   Türkiyə   Cümuhirriyətinin     bir   çox    sahələrdə   Azərbayacana  olan   dəstəyi , strateji-hərbi   sahədə  də   həmişə   ön  planda   yer  almışdır.


44  günlük   Vətən  müharibəsi   zamanı   Türkiyənin   xalqımızın  yanında  olması,  erməni  separatçılarının  işğal  olunmuş  torpaqlarımızdan  qovulmasına  güclü  təkan  yaratdı.


Türkiyə  Cümhuriyyət  başqanı   Rəcəb  Tayyib   Ərdoğanın  Azərbacana   gəlişi,  hərbi   paradda  iştirak  etməsi,  bir   daha   sübut   etdi  ki,  Türkiyə   həmişə  Azərbaycanın  yanındadır.


Azərbaycan-Türkiyə  bayraqlarının  bir   yerdə   dalğalaması,  hərbi  texnikalarının  nümayiş   olunması   iki  qardaş  respublikanın   bütün  dünyaya  göstərdiyi    sarsılmaz  gücün  qüdrərindən  xəbər   verir.

Hər   iki   qardaş   xalqın  arzusu   bu   yenilməyən  birliyi   sona  kimi  davam  etdirmək,  torpaqlarımıza  göz  dikən  düşmənlərin  layiqli  cavabıbı  verməkdən  ibarətdir.

Qarabağın   erməni  separatçılarından  təmizlənməsi   məhz   Türkiyənin  siyasi  mövqeyinin  ən  başlıca   amillərindən  biri  kimi  təzahür  olunur.


Ölkə  Prezidenti   Cənab   İlham  Əliyevin  düşmənə  qarşı  olan  amansız  və  sərt  tədbirləri  xalqımıza   qələbə  sevincini   bəxş  elədi.


Hazırda   işğaldan  azad  olunmuş  torpaqlarınızda  yeni  quruculuq  işləri  davam  edir.


Hər  iki   qardaş   xalqı  düşmən  üzərində   qazandığımız  qələbə  münasibətilə  təbrik  edir,  Azərbaycan-Türkiyə  birliyinin   əbədi  olmasını  arzulayıram!


Köşə yazarı:- Yeganə  Bağırova
www.kafiye.net