ANA DİLİM


Mənim mənəviyyatım,mənim ana dilimdi.
Keçmişdən gələcəyə varımdı,mənliyimdi!
Ucaltsan varlığınla ,qorusan öz dilini,
Qoruyarsan dilinlə,vətənini,elini!


Anamın laylasında ,səsində eşitmişəm,
Onunla dil açmışam,onunla böyümüşəm
Dilimlə gələcəyə uğurlu yol seçmişəm.
Mənim müstəqilliyim , Mənim ana dilimdir!


Həm qüdrətli,həm şirin ,həm də mükəmməl olan ,
Kamilliyə yol açan mənim ana dilimdir!
Özümə hakimliyim,millətimin varlığı,
Ən müqəddəs yerimdi, mənim ana dilimdir!


Əsmər Bağırova 2021
www.kafiye.net