BAHARDA

Nə gözəldi yazın gələn müjdəsi,
Qarabağ elində bayram həvəsi.
Xarıbülbül açılmağa tələsir,
Gözəllənir yamacları, baharda.


Tonqalları dağ başında qalayaq,
Düşmənə od qoyaq,bağrın dalayaq,
Ömrümüzə bayram ruhu calayaq,
Qoy düzülsün xonçaları baharda.


Qarabağın dağlarında ,düzündə,
Nər igidlər nəfəsi var izində.
Cilvəsi var yanağında ,üzündə,
Yan düzülüb gözəlləri baharda.


ƏSMƏR BAĞIROVA 2021 mart
www.kafiye.net