Nazlı Hacili

YAZIMSAN MƏNİM.


İçimi sızladan,canımı yaxan
Səssiz bir misrasan şeirlerimde.
Bal kimi süzülüb könlümə axan
Səssiz bir misrasan şeirlərimdə…

**

Gündüzlər günəşim,gecə ayımsan
Sən mənim Rəbbimdən nurlu payımsan
Ekizim,bənzərim,əsil tayımsan
Səssiz bir misrasan şeirlərimdə.

**

Çiçəkli baharım,gülüzarımsan
Ömrümün mənası,təkcə yarımsan
Canımsan,gözümsən,gözdə nurumsan
Səssiz bir misrasan şeirlərimdə.

**

Ruhumu oxşayan mələyimsən sən
Sevincim,ümidim,diləyimsən sən
Köksümdə çırpınan ürəyimsən sən
Səssiz bir misrasan şeirlərimdə..

**

Hissimin,duyğumun ünvanı,adı
Sevdamın solmayan arzu,muradı
Eşqin istiradı,sevginin dadı
Səssiz bir misrasan şeirlərimdə..


**

Alnıma yazılmış yazımsan mənim
Şeirimsən,nəğməmsən,sazımsan mənim
Həyata baxışım,gözümsən mənim
Səssiz bir misrasan şeirlərimdə..


Nazlı Hacılı.
www.kafiye.net