XOCALI

*****


O gecə od yağdı göylərdən yerə
Dəyişdi ruzigar lap birdən-birə
Alışdı kül oldu oba,dağ,dərə
Naləydi,fəryaddı,səsdi Xocalı.

**

Körpələr,qocalar ayağı yalın
Körpəyə bükürdü ana öz şalın
Köksü dağlanmışdı yurdun,mahalın
O gecə matəmdi,yasdı Xocalı.

**

Xainlər,alçaqlar kəsdilər yolu
Nə qədər insana etdilər zülüm
Hər tərəf dəhşətdi,hər tərəf ölüm
Qəzəbdən titrədi,coşdu Xocalı..

**

Xocalı o gecə çəkildi dara
Günahsız insanlar aldı min yara
Dünya hay vermədi bu ahu-zara
Dünyadan incidi,küsdü Xocalı…


Nazlı Hacılı.
www.kafiye.net