XOCALIM


Köksündə yaralar qanayır yenə
Çəkdiyin dərdlərin çoxdur, Xocalı
Boylanır yollara kor olmuş gözün
Nə gələn, nə gedən yoxdur, Xocalı


Gecənin amansız qaranlığında
Şahiddik amansız vəhşiliklərə
Çarəsiz insanlar qarda-boranda
Sığındı dağlara,meşəliklərə.


Düşmənləŕ yerini bilməsin deyə
Ağlayan körpəni boğurdu ana
Düşmənin əlinə keçməmək üçün
Neçə qız gəlinlər qıydılar cana


Ay ötür, il ötür,yaran sağalmır
Sənin faciəni unutmaq çətin
Qanla yazılmısan tariximizə
Silinməz izisən əbədiyyəti



Esmer Bağırova
www.kafiye.net