Köz üstünə kül ələdin

İllər ilə közərtdiyim,
Köz üstünə kül ələdin.
Göz yaşından nəm çəkdiyi,
Sönmüşünü köz elədim,
Köz üstünə kül ələdin.


İynə ilə özül qazdım…,
Ünvana ünvanın yazdım,
Sən nabələd, özüm azdım.
Dərdim üstə dərd bələdin
Köz üstünə kül ələdin.


İnam adlı varımıydın,
Bag-bagçada barımıydın,
Yayda mənim qarımıydın,
Qara telə dən çilədin
Köz üstünə kül ələdin.


Küldə qor axtaran qadın,
Bu sevdada aldanmadın.
İndi çıxart vüsal dadın,
Sən hicranı üstələdin,
Denən kül yox,gül ələdin.


Fəridə Köçərli. 24.02.21.
www.kafiye.net