DOĞMA ÖVLAD

5-ci hissə.

Həyat insanları hər addımında sınağa çəkir. Bəzən yollarına daş-kəsək ələyir, bəzən də hamar və maneəsiz edir.Hər iki halda belə insanların reaksiyasını qiymətləndirir, sonunda isə mükafat olaraq özünə qaytarır.

Lalə, uşaq evindən götürülsə də, valideyinlərinə qarşı əsla ögey münasibət bəsləmirdi.O, uşaq evindən götürüldüyünü elə uşaq vaxtlarından da bilirdi.Çünki, övladlıq ediləndə onun beş yaşı var idi. O, ata-ana sevgisini, onu böyüdüb boya-başa çatdıran valideyinlərindən görmüşdü.Buna görə də onları canından artıq sevir və daim hörmətlərini saxlayardı.

Ürəyində Kamrana qarşı sevgi bəsləsə də, bu sevgi övladlıq sevgidini üstələyə bilmirdi. Elə bu səbəbdən idi ki, Kamran onun valideyinləri haqqında daha bir kəlmə də olsun söhbət aça bilmirdi.

Lalə sinifdə dərs əlaçısı idi. Arzusu isə, müəllim olmaq, gələcək üçün işıqlı nəsil yetişdirmək, valideyinlərinin başını uca tutmaq idi.Kamrandan fərqli olaraq, lalə imkansız ailədə böyüyürdü. Onun atası Çilingər, anası isə evdar qadın idi. Lalə kimsələrdən geridə qalmasın deyə, anası Fatimə, hərdən evlərə təmizlik üçün gedir, əlinə gələn pulu isə, Lalənin əyin-başına xərcləyərdi.Lalə çox ağıllı qız olduğundan isə, çatışmayan nəyi varsa anasında gizləyər, özünü və gözünü tox tutardı ki, anası fikir çəkməsin.

Bəlkə də bu səbəbdən idi ki, Lalə, gecəsini gündüzünə qatıb oxuyurdu ki, gələcəkdə bir iş sahibi olub, valideyinlərinin əziyyətini yüngülləşdirsin. Hər axşam atası, qabarlı əllərini Lalənin saçlarında gəzdirəndə, Lalə özündən ixtiyarsız halda onun əllərindən öpərdi.

Bəlkə də “əsil” övlad deyilən məhz belə övladlar imiş.

Kamran böyüdükcə daha da yaraşıqlı olsa da, ailəyə olan münasibətləri kobudlaşır, dərslərindən uzaqlaşırdı.

O, atası Aminin təkidi ilə otağına gedib dərs oxuyardı.Bəzən isə başı telefonuna o qədər qarışardı ki, kitab üzü açmazdı. Tez-tez Laləyə mesaj ataraq onun nə ilə məşğul olduğunu soruşar, bəzən də ürəyini ona açmaq istəyərdi.Amma, Lalənin ciddiliyi qarşısında buna cəsarət etməzdi.

Artıq yay tə’tilinə az qalırdı. Kamran isə bu tə’tilin gəlməyini heç istəmirdi.Çünki hər il yayda, lalə anası ilə bərabər rayona nənəsi gilə gedərdi. Həmin üç ay isə Kamrana üç ilə başa gəlirdi.O, çox darıxırdı Lalə üçün. Telefonla söhbət etsə də, yanında, eyni partada oturmağını istəyirdi.Bu yay da elə olacaqdı. Elə buna görə də Laləyə ürəyini açmaq qərarına gəldi.

Ertəsi gün Kamran, yuxudan tezdən oyandı.

-Ana, yeməyimi hazırla bu gün məktəbə tez getməliyəm.

Səmayə, Kamranın belə erkən qalxdığını görüb, gözlərinə inanmadı.Çünki onu hər gün yuxudan saatla bərabər, Aminlə Səmayə zorla oyadardı.Bu gün isə özü yuxudan oyanmışdl.

-Xeyir ola ay oğul bu gün yuxudan tezdən oyanmısan?

-Dərslərim çoxdu ana, qarşıdan imtahan gəlir dedim bir az uşaqlarla bərabər hazərlaşım. Səmayə tələsik süfrə quraraq dedi.Afərin mənim oğluma. Bax, hər gün belə ol oğlum. Bizim arzumuz səni ali təhsilli görməkdir axı..

-Narahat olma ana, sizin arzunuzu gözünüzdə qoymaram.

Amin, yuxudan oyanıb Kamranı dərsə getməyə hazır vəziyyətdə görüb, gözlərini ovuşdurdu.

-Oğlum nə yaxşı tezdən durmusan? Gözlərimə inanmadım. Kamran atasının çiyninə toxunaraq dedi.

Bir az da gözlərini ovuşdur inanacaqsan deyib, gelərək evdən çıxdı.

Lalə adəti üzrə, tezdən oyanıb dərslərini təkrarlayar, sonra da dərsə gec qalmasın deyə vaxtından tez evdən çıxardı.Kamran bunları gözəl bildiyindən, Lalənin gələcəyi yolda durub onu gözlədi.

Lalə Kamranı yolunun üstündə durub onu gözlədiyini görəndə zarafatyana gözlərini ovuşdurdu.

-Aaa bu sənsənmi Kamran? Nə əcəb tezdən durmusan?

-Mən tezdən dura bilmərəm?

Kamran Laləyə incik cavab verdi.

-Yox niyə dura bilmirsən ki, istəsən durarsan.İncimə sözümdən, mən səni hər gün dərsə yubanan görmüşəm nə edim göz vərdişidir deyib gülümsündü.

Lalə güləndə mas-mavi dəniz gözləri daha da gözəlləşirdi.

Kamran bütün günü bu mavi gözlərə baxsaydı doymazdı.

O, bir az cəsarətlənib dedi.

-Lalə, sənə bir söz demək istəyirəm.

-Buyur Kamran eşidirəm.

-Bilmirəm hardan, nədən başlayım. Mən ..mən.. mən səni sevirəm. Qəfildən gələn bu təklifdən Lalə diksindi. Allanmış yanaqları mavi gözlərinə bir az da gözəllik verdi. Lalə başını aşağı salıb susdu.Əslində o da Kamranı gizlidən -gizliyə sevirdi.Amma sevginin onlar üçün hələ tez olduğunu da gözəl bilirdi.

-Niyə susdun Lalə? Bir cavab ver mənə.

Lalə heç nə demədən ondan uzaqlaşıb, iri addımlarla məktəbə tərəf qaçdı.

Susqunluq razılıq əlamətidir deyirlər. Lalə də öz razılığını bununla bildirdi.

Sinifdə ağız danışanı qulaq eşitmirdi. Uşaqlar bir ağızdan tə’til xəyallarından danışır, kimin harda istirahət edəcəklərindən bəhs edirdilər.

Sənan fürsətdən istifadə edərək Kamrana dedi.Biz bu il istirahət üçün Almaniyaya gedəcəyik.Oralar yayda sərin olur. Bəs siz hara gedəcəksiniz? Kamran çiyinlərini çəkərək bilmirəm atam hara aparsa ora deyib, Sənanı başından etməyə çalışdı. Sənan isə Kamrandan doğru -dürüst cavab almadıqda üzünü Laləyə tutdu.

-Lalə bəs siz hara gedəcəksiniz deyərək bic-bic gülümsədi.Lalə isə qürurla əlini belinə qoyaraq dedi. Hə nə demək istəyirsən açıq de.Mən həmişəki kimi nənəm gildə istirahət edəcəyəm. Sənan üzünü uşaqlara tutaraq ucadan gülərək dedi.Uşaqlar eşitdiniz? Nənəsi gildə istirahət edəcəkmiş.Dettomların da nənəsi varmış deyib uşaqlarla bərabər onu ələ saldılar.Lalənin mavi gözləri elə dolmuşdu ki, sanki dənizdə fırtınaya bənzəyirdi.

Lalənin pərt olmasına Kamran dözə bilmədi.O, iki əlli Sənanın yaxasından yapışıb yerə vurdu. Onlar arasında dava başladı.Kamran Sənandan cılız olsa da, ondan qat-qat güclü idi. O, Sənanı döyərkən gözlərini qan bürümüşdü.

-Burax Kamran burax deyirəm onu.Sən nə edirsən? Uşağın ağız burnunu dağıtmisan. Kamran, lalənin əllərini onun əlində görcək sanki yuxudan oyandı.Sənanın ağız -burnu qanla dolmuşdu.

Səs-küyə məktəb direktoru Əli müəllim də gəlmişdi.

Əli müəllim Kamranı otağına aparıb tənbeh etdi və dedi ki, sabah məktəbə atanla gəlirsən.

Kamran isə etdiyi əməldən heç də peşiman deyildi. Buraxsaydılar gedib Sənanı yenidən döyərdi.

Direktorun otağından çıxanda Kamran, Laləni qapının önündə gördü.

-Noldu Kamran durektor nə dedi?

-Heç nə. Dedi sabah atanla gələrsən.

-Niyə məni tutdun Lalə?

-Nə edəydim, buraxaydım öldürəydinmi?

-Lalə, bax buna görə deyirdim öz doğma ata-ananı axtar.

Lalə tərs baxışlarla Kamranı süzdü.

-Mən sənə dedim axı onlar mənim doğma valideyinlərimdir. Mən bu özündənrazı Sənanın sözü ilə valideyinlərimdən imtina etməliyəm?

Heç bir qüvvə məni onlardan qopara bilməz.

Kamran daha söhbətə qayıtmadı.Qorxdu ki, yenə də Lalə ondan inciyər.

***********

Gülşən oğlunun evə qanlar içində gəldiyini görcək dəliyə döndü.

-Kim səni bu günə qoyub ay bala? Kiminlə dalaşmısan?

Sənan bir az da ərköyünlük edərək ağladı.

-Kamran vurdu ana Kamran vurdu.

Kamranın adı gələn kimi, Gülşənin gözündən sanki od parıldadı.

-Yüz dəfə demişəm o dettom yetimçələrindən uzaq dur.

Nədir bizim başımızın çəkdiyi bu yetimçələrdən?

Sənanın atası Akif, oğlunun şimarıq olduğunu çox gözəl bilirdi.Buna görə də səssizcə durub oğlunu və yoldaşı Gülşəni seyr edirdi.Güllşənin ağzından çıxan sözlərə isə reaksiya verməmək olmazdı.

-Sən nə danışırsan Gülşən? Bir az özünə gəl deyərək Akif arvadına qışqırdı.

-Nə qışqırırsan? Mənə qışqırınca get o yetimçəni böyüdənlərə qışqır.

-Sus deyirəm sənə Gülşən sus…Akif səsini bir az da yüksəltdi.

Mən Kamranın atasına söz vermişəm ki, onun sirrini açmayacam.

-Hə sən onun sirrini açma.Oğlunun al-qanlar içində gəldiyini görmə yaxşımı yum gözlərini deyərək qapını onun üzünə çırpdı.

Bir anlığa Sənanın ağrıları keçdi elə bil ki…O, yaşlı gözlərini silərək başını yellədi.Ürəyində isə dedi. Yaxşı əlimə düşdün Kamran. Mən bilərəm qisasını necə alaram.Sən də “dettom” uşağı imişsən.

Ertəsi gün, Amin Kamranla bərabər məktəbə gəldi. Məktəb direkyoru onu hörmətlə qarşılayıb otağına dəvət etdi. Öncə o, Kamranın dərslərindən geri qaldığından danışaraq , mətləbə gəldi.

-Amin bəy, sizin oğlunuz dünən öz sinif yoldaşı Sənanı möhkəm döyüb.Uşaqlar əlindən almasaymış öldürəcəkdi. Amin, təəssüf hissi ilə başını aşağı salaraq dedi. Oğlum mənə əhvalatı danışdı.O, Lalənin xətrini çox istəyir.Sənan isə lap uşaqlıqdan onunla yola getmir, uşaq evindən götürüldüyünü üzünə vurur.

Demirəm oğlum haqlıdır. Mən onu tənbeh etdim.Amma Sənanın da valideyinləri onu tənbeh etməlidilər axı…

Lalə kimilər azmı dövrümüzdə? Onları böyüdən valideyinlər, valideyin deyillərni? Belə uşaqlara görə ailələr gözü yaşlı qala bilər.

Əli müəllim Aminin bu sözündən dərin fikrə getdi. -Amin bəy, mənim bunlardan xəbərim yoxdu. Əgər Sənan onu incidirsə Lalənin özü gəlib şikayət edə bilərdi.Lakin belə bir şikayət bizdə yoxdur.Mən yenə də araşdıraram.Amma siz oğlunuza çəki-düzən verin.

Bəlkə də psixoloqa göstərin.

Onun dünənki vəziyyəti gələcəkdə edə biləcəyi cinayətlərdən xəbər verir.

Amin ayağa qalxıb Əli müəllimlə vidalaşdı.Qapıdan çıxarkən ayaq saxlayıb geri döndü.

Əli müəllim, mən oğlumu tənbeh edəcəyəm.

Amma unutmayın ki, bir insanın xəyallarını, sevgisini yıxmaqdan böyük cinayət yoxdur. Bunu Sənanın ailəsinə də bildirin mümkünsə, deyib otaqdan çıxdı.

Həmin gün Sənan ağzı yaralı vəziyyətdə dərsə gəlmişdi.Əslində nə uşaqlar, nə də ki müəllimlər onun məktəbə gələcəyini gözləmirdilər.

O, məktəbdə Kamrandan uzaq gəzir, yoldaşlarının qulağına nəsə pıçıldayırdı.

Bütün uşaqlar isə Kamranın yanından keçərək ona qıyqacı baxır, öz aralarında nəsə danışırdılar.

Kamranın bu baxışlardan narahat olduğunu görən Lalə, onun qolundan tutdu.

-Kamran bura bax, heç kimlə işin olmayacaq.

-İşim yoxdu Lalə. Amma bu uşaqların hamısı o pislik Sənanla dilbir ola bilməzlər axı. Niyə mənə belə baxırlar?

-Boş ver Kamran, yəqin ki, qarınlarının azarını deyərlər.

Tural sinifdə Kamranın yaxın dostu idi. Hətta o da susqun-susqun Kamranı süzür, ona nəsə demək istəyir amma bacarmırdı.

Kamran Turalın yanına gəlib soruşdu.

-Tural, bu uşaqları başa düşdüm.Bəs sənə nə olub? Sən ki, mənim dostumsan..

Tural başını aşağı salıb, qulaqlarının dibinə qədər qızardı.

-Kamran sənə deyəcəm amma söz ver ki, ədəbləşməyəcəksən.

-Söz verirəm dostum. Dünən Lalənin pərt olmağı məni dəliyə döndərdi.Yoxsa onunla işim olmazdı.

-Sənan hamıya yayıb ki, sən də uşaq evindən götürülmüsən. Dünən anası deyib.

Kamran bu sözdən sonra, dünyanın başına uçduğunu hiss elədi. Danışmaq istədi, dili olmadı, qaçmaq istədi ayağı olmadı. Lalə, tez Kamranın qolundan tutaraq dedi.

Kamran, yəqin ki, sən bunlara inanmazsan. Sənan səndən qisas almaq üçün uydurub bunları.Kamran heç bir söz demədən əlini Lalənin əlindən qoparıb Sənana tərəf yeridi. Sənan isə uşaqların arxasında gizlənərək dedi.

Məni döysən gedib şikayət edəcəyəm.Bu dəfə isə səni məktəbdən qovarlar.

Kamran isə onu sakitləşdirərək, qorxma səni döyməyə gəlmirəm.Gəl bura görüm bu sğzü sənə kim deyib ki, mın ‘dettom’ uşağıyam? Sənan başını uşaqların arxasında uzadaraq dedi. Bu həqiqətdi.Mənə anam dedi.

Atan atama yalvarıbmış ki, bu sirri açmasın.Anam isə açdı inanmırsan get atandan soruş.

Kamranın dünyası bir daha da yerindən silkələndi.O, ayaq üstə zorla dururdu. Ətrafda nə var idisə başına fırlanırdı. Lalə onun qolundan tutub silkələməyə başladı.

Kamran özünə gəl Kamran.

Kamran yuxudan ayılmış kimi, çantasını götürüb məktəbdən evə yollandı.

××××××××

Deyirlər, şər xeyirə qalib gələndə, kədər sevinər, sevinc isə, yaşanmış günlərin yasını tutarmış. Aminlı Səmayənin də gözlərindəki sevinc, ürəklərindəki ümüd, artıq yaşanmış günlərin yasını tuturdu.

Sevgi, qəh-qəhə dolu o ev, göz yaşlarına qərq olmuşdu.

Səmayənin gözlərindən axan yaş, Aminim ürəyinə süzülür, kipriklərində donub qalırdı.

Çünki artıq onların Kamranları əvvəlki Kamran deyildi.

Ardı var.

Metanet Duygulu
www.kafiye.net