Şehit Mübariz İbrahimova

Vətən andın oldu


El uğrunda candan keçən nər igidim,
haqq yolunu özün seçdin!
Vətən üçün candan keçən ər igidim
Çətinliyə sinə gərdin, dözüb keçdin !



Bu gün sənin anım günün,
İgid oğlum,qəhrəmanım!…
Bir örnəksən ,
adın dildən -dilə gəzir,


Vətənin ər oğulları bu adınla
düşmənlərin yolun kəsir!
Mübarizsən,mübarizlik
dastanına imza atdın !


Öz qanınla düşmənlərin
yuxusuna zəhər qatdın,…
Qəhrəmanlıq,bir də
vətən andın oldu!


Ən uca ad, şəhidliyin ,adın oldu!
Cəsarət və qəhrəmanlıq-
ölməzliyə gedən yoldu…
Şəhid oldun …


Bu gün sənin anım günün
İgid oğlum,qəhrəmanım!


Əsmər Bağırova 2021

www.kafiye.net