SƏNSİZ


Lik Nigaranam sən gedəli..
Seyr edirəm boz şəhəri.
Sənsiz qalan göy Xəzəri,
Sənsiz qalan küçələri.


Yoxluğunda xəyallarım,
vərəqləyib çözəmmirəm.
Ayrılığın səbəbi nə,
sənsizliyə dözəmmirəm.


Mən ki, səni zərrə-zərrə
unutmaqçın sevməmişəm.
Mən ki, sənin saf eşqini
ürəyimdən silməmişəm.


Gömməmişəm xatirəni
yaddaşıma.
Gilə-gilə tökməmişəm gözlərimdən
Dönməmisən göz yaşıma…



Ürəyimə dərd ələyib
köksümə qəm yükləmişəm.
Ruhumdakı sevgi odun
misralara kökləmişəm.



Könlümün sən olan yeri
açarıdır sonsuzluğun.
Bu dünyada bir mən varam,
bir də sənin soyuqluğun.


Əsmər Bağırova

www.kafiye.net