SƏNİNDİR


Gəl mənim qəsdimə durma a dilbər,
Qarşımda boynunu burma a dilbər,
Sevən ürəyimi qırma a dilbər,
Ürəyim sənindir, canım sənindir!



Qıyma ki, ürəyim sızlaya sənsiz,
Çağlayan ruhum da buzlaya sənsiz,
Dözmərəm bir sənsiz, ana Vətənsiz,
Keçən ömrüm-günüm,anım sənindir!


Gəl tutaq əl-ələ,çıxaq dağlara,
Yamyaşıl xalitək o ovlağlara,
Baxaq şəlaləyə,çay -irmaqlara,
Açan nur sabahım, danım sənindir!


Solmazam,sözümdə sadiq bəndəyəm,
Həsrətdən,hicrandan gör nə gündəyəm,
Təndirə küt gedən, sıyıq kündəyəm,
Damarda dolanan qanım sənindir!
Sızlayan bu cismim,canım sənindir!



Solmaz Şirvanlı 03-02-2021
www.kafiye.net