BİR AZ GÜLÜŞÜNDƏN SƏP GÖZLƏRİMƏ


Bir az gülüşündən səp gözlərimə ,
Həsrətin ruhuma qol-qanad olsun.
Çağlasın könlümün sevgi bulağı,
Süzülsün ovcuma,su tək,durulsun.


Qaçım sahilindən soyuq kədərin,
Qızınım eşqinin hərarətində.
Səpələ sinəmin üstə tellərin,
Ulduzlar seyr edə-edə yorulsun.


Bəxtəvər-bəxtəvər baxım üzünə,
Alışım közünə ,yanım közünə.
Baxıb vurulduğum qara gözünə,
Uzun kipriklərin qo çətir olsun.


Bəxtimə yazılan bəxtəvər mələk,
Yazıldın alnıma Tanrı payı tək.
Səpələn könlümə,dağıl ömrümə,
Eşqin ürəyimə bir çıraq olsun.


Esmer Bağırova
www.kafiye.net