Sən olmasan

Aldıgım hava da zəhərlənibdir,
Elə bil həsrətin dad acısından.
Xoş söz də dilimdə qəhərlənibdir,
Qapısız qəlbinin yox bacasından.


Səsindən,sözündən əgər doymasam,
Saf duygularımı sənə qıymasam,
İlham yoxa çıxar,səni duymasam,
Gecə yatammaram təb sancısından.


Yerlə göy arası mənə dar gəlir,
Özümün öz halım mənə ar gəlir.
Səpərəm yollara, desəz yar gəlir,
Hicranlı gözümün dərd damcısından.


Fəridə Köçərli. 10.01.2021.
www.kafiye.net