Axıtdım qəlbimə son kədərimi


Eşqin dərgahına düşmüşəm gülüm…
Səni axtarıram,arayıram mən!
Bəxtsiz taleyimə,qara günümə
Bir çıraq,bir ümid bağlayıram mən.


Dağıdıb könlümün sevgi bağını
Həsrəti qoynuma atmısan nədən?
Çəkib ürəyimə eşqin dağını,
Köksümə min ağrı salmısan nədən?


Nədir ürəyində,nədir susqunluq,
Nəmli gözlərində yağış sellənir.
Bu dəniz sevgimdə bir inamsızlıq
Yelkənsiz qayıq tək tənha yellənir.


Sənin soyuqluğun ox olub indi.
Sancılır qəlbimin incə yerindən
İncidir,sızladır xatirələri,
Acı yaraları salır dərindən…


Apardın sevgimi baxışlarında
Qapadın ən gözəl ümidlərimi
Donmusan qanımda,damarlarımda
Axıtdım qəlbimə son kədərimi…


Əsmər Bağırova 2019.
www.kafiye.net