Açıklama yok.
Esmer Bağırova

AZƏRBAYCAN ƏSGƏRİ.


Ali baş komandanın ətrafına toplaşıb
Yumruq kimi birləşdi Azərbaycan əsgəri!
Al bayrağı əlində zəfərə doğru gedir,
Atılır döyüşlərə inamla irəliləyir Azərbaycan əsgəri!


Şuşa kövrəlib yaman ,Zəngilanım həsrətdə,
Kəlbəcərim, Laçınım boylanır əsarətdə.
Zaman o zaman oldu qalmayassız qürbətdə!
Atılır döyüşlərə inamla irəliləyir, Azərbaycan əsgəri!


Oxusun xarıbülbül,səslənsin Xanın səsi,
Çallnsın Şuşamızda Qarabağ Şikəstəsi!
Arzusu , istəyi bu ,Vətəndi hər kəlməsi!
Atılır döyüşlərə inamla irəliləyir, Azərbaycan əsgəri!


Sancılsın zirvəsinə əzəmətli bayrağım ,
Dalğalansın qoynunda ,sevinsin cənnət bağım,
Səs salsın kaianata azaddır Qarabağım!!!
Arzusu ürəyində inamla irəlləyir, Azərbaycan əsgəri!


Əsmər Bağırova 07.10.2020
www.kafiye.net