Nazlı Hacili

SULTANIM MƏNİM

****.

Gündüzlər xəyalım,gecelər röyam
Mənim sevgi dolu sehirli dünyam
Damarımda qanım,canımda mayam
Sənsən ey gözəl yar,sultanım mənim.

**

Gözümün nurusan,ömrüm baharı
Sən könül bağçamın gülü,gülzarı
Bu sınıq qəlbimin tək bir dildarı
Sənsən ey gözəl yar,sultanım mənim.

**

Ruhumun qidası,yanan çırağım
Düşüncəm,xəyalım,səsim,sorağım
Qürurum,dəyərim,eşqim,fərağım
Sənsən ey gözəl yar,sultanım mənim.

**

Çiçəkli baharım,bəhrəli yayım
Göylərdə bərq vuran ulduzum,ayım
Boyuma biçilmiş ən gözəl payım
Sənsən ey gözəl yar,sultanım mənim.


Nazlı Hacılı
www.kafiye.net