Bir dəqiqə sükut!!!



Bir dəqiqə sükutla,
Xatirəsi anılır,
Xilaskardı şəhidlər,
Baş tacımız sanılır !!!


Bir dəqiqə sükutla,
Qarşında baş əyirik .
Xəritəmiz dəyişdi,
Sizə Rəhmət deyirik !!!


Bir dəqiqə sükutla,
Həmişə anacagıq!
Dünya durduqca sizi,
Sükutla anacagıq !
Sizi xatırlayacaq,
Ürəkdən yanacagıq .


Bir dəqiqə sükutla,
Acıların ovunmaz,
Yeni tarix yazdınız,
Vətən sizi UNUTMAZ !!!


4.12.2020. Xuraman Camalqızı
www.kafiye.net