Vətən oğullar

Vətənin adını uca tutdular,
Göylərə ucalan bayraq oğullar,
“Vətən torpağından pay olmaz”-deyib,
Torpağa kök saldı torpaq oğullar.


Qartaltək ən uca zirvəyə qonan,
Düşmən qarşısında çəpər oğullar.
Analar gözündə işıqtək yanan,
Ata dizlərinə təpər oğullar.


Nə gündüz dincəldi,nə gecə yatdı
Sərhəddə dağ kimi bitən oğullar,
Torpaqdan güc aldı,torpaqda yatdı,
Vətənə döndülər Vətən oğullar.


15.07.2020Tamara Nadirova/Tənha Bulud/
www.kafiye.net