Köhnə-təzə kişilər


Təməlin qoysa da köhnə kişilər,
Tarixi yazırlar təzə kişilər.
Xeyir, bərəkətdi, ,,təhnə” kişilər.
İndisə çözülür düyünlü işlər,
Tarixi yazırlar təzə kişilər.



Var da köhnə kişi,əməli dingiş,
Guya vətəniyçün ömrü təngimiş,
Arxacı çürükdür,saxlamır əriş*,
Onun da səbəbi əyri teşilər.
Tarixi yazırlar təzə kişilər.



Köhnə kişilər var gözü ,,rumkada”,
Ruhu buz donubdur,közü rumkada,
Yalanı dilində, düzü rumkada,
Onların ləqəbi nəfəsli nəşlər,
Tarixi yazırlar təzə kişilər.



Fəridə Köçərli İbrahimova 17.11.20.
www.kafiye.net