Danışaq payızın qırx dörd günündən

Üzün qaradırsa,Vətən yanında,
O gözəl bənizin nəyinə lazım?
Gəzə bilmirsənsə,onun qoynunda,
Bu ayaq nə mənə,nə sənə lazım.


Verdin gözlərini, gözünə qurban,
Kor olmuş torpagı nura boyadın.
Verdin ayagını,izinə qurban,
Vətən qalxsın deyə,təkan dayadın.


Yaralı əsgərlər körpə balasın,
Oxşaya bilmədi yox qollarıyla.
Dedi,Vətən bizi köksünə alsın,
Fəxr etsin qəhrəman ogullarıyla.


Riyakar,qan içən düşmən xislətin,
Yox etdin, ag atlı igidim mənim.
Rəssam əsərini bəzər sifətin,
Daha da çox sevər səni sənəmin.


Otuz il vətənsiz ölüdən betər…
Diriltdiz,əsgərim, bizi yenidən.
Qarabag soragı dünyaya yetər,
Danışsaq payızın qırx dörd günündən.



Fəridə Köçərli İbrahimova 20.11.20.
www.kafiye.net