Sol düşmən,sagına qurbanam, Laçın

Dag boyda dərd çəkib bəlalı başın,
Köksünün dagına qurbanam,Laçın.
Sürgündə ötüşdü otuz il yaşın,
Bu xəzan çagına qurbanam,Laçın.


Sultan,Agalarlar olub sirdaşın,
Bu günə örnəkdir Zabux savaşın.
Şanlı tarixlərlə dolub yaddaşın.
Keçmiş soragına qurbanam, Laçın.


Şəhidlər qanıyla qanını aldı,
Qazilər canına canın caladı,
Keçmiş qaçqın körpən əsgər balandı,
Onları dogana qurbanam,Laçın


Sarlar yuva qurdu Laçın qayada,
Soragı yetmədi igid,,sayyada”,
Bagışla gec çatdı köməyə,dada,
Kol-koslu bagına qurbanam,Laçın.


Əsir qardaşların azad edildi,
Düşmənin xisləti tamam didildi.
Qaçqın,nə köçkün yox,hamı bir eldi,
Sol düşmən,sagına qurbanam,Laçın.



Fəridə Köçərli İbrahimova 29.11.20.
www.kfiye.net