Şah gedişidi !!!


Səngərin gülün dərmişik,
Sərhəd boyunca sərmişik,
Belə gediş görməmişik,
Bu gediş Şah gedişidi!


Döyüş sanki ŞAH MAT oldu,
Ugurumuz qat – qat oldu,
Uduzdu, susdu MAT oldu
Bu gediş Şah gedişidi!!!


Şəhid varsa torpaq da var,
Nakam ruhlar dinclik tapar,
Şəhidimiz rahat yatar,
Bu gediş ŞAH gedişidi !!!


Qarabag!!! Könlün açılsın,
Bizi ayrı salan yansın,
Yoluna işıq saçılsın,
Bu gediş ŞAH gedişidi !!!


Dagların qadasın alım,
Durun məni yola salın,
Gedəcəyəm ayaqyalın,
Bu gediş ŞAH gedişifi !!!


Ag atlı oglan yetişdi,
Tarixə düşən bir işdi,
Tanrım ! Bu necə gedişdi !?
Bu gediş ŞAH gedişidi !!!



25.10.2020.
Laçına günlər qala…
Xuraman Camalqızı
www.kafiye.net