Çox hörmətli,əziz dostlar!

İllər öncə dərc etdirdiyim və oxuyucuların marağına səbəb olan (trilogiya) “Əks-səda” romanının 1-ci hissəsindən bəzi parçaların diqqətinizə çaddırılmasını istəyir,bəzilərinizin də oxuyacağınıza( kimsə tərəfindən oxunacağına)

İnanıram.



Roman (trilogiya)

ƏKS-SƏDA

(Çox ixtisarla)




— Başa düşürəm səni,bala,başa düşürəm.
Fikir eləmə,hələ nə yaşın var ki? Hər şey düzəıər
in şa Allah!–dedi və çıxıb getdi yaşlı milis nəfəri.


O,nəyi başa düşmüşdü,görəsən? Duymuşdu–
mu Ağəlini? Bunu bilmədi,heç anlamadı da Ağə-
li.Diqqətlə baxdı arxasınca.Yerişi də elə özü ki–
miydi.Lap Cek Londonin Martin Ideni kimi yeri–
yirdi…Yaxşı adamdı,- deyə fikirləşdi Ağəli.Yaxşı
saydığı admların cərgəsinə birini də əlavə elədi
xəyallarında.Kimə bənzətdi onu? Xatırlamadı…
Yox,onun yaddaşı pis deyildi.Bəlkə də sonra xa-
tırlayacaqdı,azmı belə şeylər olur? İndisə xatır-
laya bilmədi.Milis işçisi adamlara qarışdı,göz-
dən itdi.Və nədənsə,Ağəli bundan kədərləndi…
Mədəsində şiddətli bir ağrı duydu. Nahardan
bu yana nə vurmuşdu dilinə ki,acmayaydı da?
Yeməkxanaya getdiyini heç xatırlamırdı da son
illər.Ötüşürdü kirayə qaldığı otaqda.
Qonşusu Qədir kişi ona anlatmışdı ki,belə olmaz.
Dərdinə,  qəm

inə şərik olmalıdı,quş budağa tənha qon-
maz.Bir körpə səsi,körpə nəfəsi,körpə qığıltısı
çıxarmalıdı yorğunluğunu.Bu gün-sabah təzə
mənzil alacaqdı,o mənzili bir qadın bəzəməliy-
di,ya yox?..Ağəlisə susmuşdu.Bu barədə bircə
kəlmə də eşitməmişdi Qədir kişi Ağəlidən.Sev-
mişdimi,sevməmişdimi,bunu da təkcə özü bilir-
di…


Birdən də yeməkxanaya getmək,içmək,sər-
xoş olmaq (Ay bərəkallah!) keçdi xəyalından.Da-
lısını heç fikirləşmədi də.Bir də gördü ki,dayanıb
çox illər əvvəl tez-tez getdiyi ciyər bozartması
verilən yeməkxananın (hörmətli oxucu,hər şeyi
birdən söyləyə bilmərik ki!) qapısında.Yeraltı ye-
məkxana açıq idi… Arağın,çaxırın tünd qoxusu
ətini ürpəşdirdisə də,geri dönmədi.Papiros tüs-
tüsü adamın ciyərlərini ağzına gətirirdi.Yaxınlaş-
dı sol küncdəki bufetə.Bir pay ciyər bozartması,
bir böyük bardaq araq ( bərəkallah!) göyərti və
Su götürüb,qanrıldı və içərini gözdən keçirdi.Işə
bir bax!..Əvvəllər həmişə oturduğu stol boşdu
ki…Əllərindəki şeyləri qoydu onun üstünə.Və as-
taca pıçıldadı:”Salam,köhnə dost!Bu mənəm,

Ağəliyəm! O Ağəli ki…” ( Yox,əziz oxucum,Ağəlı nə söylədi,daha sənə deməyəcəyəm.Yaxşı,sənə kəlməsini sizə kəlməsiylə əvəz edərəm.Axı,hələ bir-birimizi yaxşı tanımırıq.Ağəli nə dedi? Bunun da vaxtı var.Yeri gəldikdə,onsuz da bunu gizlədə bilməyəcəyik.Qayıdaq söhbətimizə).
Niyə məhz bura gəldi Ağəli? Axı,söz vermiş-
di özünə.Söz vermişdi ki,onu “qaranlıq dünya
lar”a atan bu mənfur yerə ayaq basmayacaqdı…
Nə qədər görmüşdü bu yeri yuxularında? Bu yer
üçbaşlı əgdaha olub,özünün bütün dəhşəti,vahi-
məsi,qorxusuyla nə qədər yerimişdi
Ağəlinin üstünə,zəhərli caynaqlarını nə qədər batırmışdı
köksünə? Və nə qədər qışqıra-qışqıra ayılmışdı
yuxulardan?..Buranın sirrini də öz ürəyində sax-
lamış,kimsəyə açmamışdı Ağəli.Kimsəyə de-
mək,ürəyini boşaltmaq istəsə də deməmişdi,
ona inanmayacaqlarını düşünmüşdü.
Amma kim bilir,bəlkə də inanan tapılacaqdı…
–Bağışlayın,cavan oğlan,yanınızda oturmaq olar?
Bunu deyən qırx beş,əlli yaşlarında bir kişiy-

di. Uzun,sapsarı saçları tökülmüşdü altı tuluq-
laşmış gözlərinin üstünə.Çaxır dolu böyük bar-
daq əlində titrəyirdi.Digər əlində də bir tikə pen-
dir vardı.Boynuna doladığı nazik,son dərəcə təmiz göy şərf sifətinin burnunadək hissəsini örtmüşdü.Ayaq üstə durub,sualının cavabını gözləyirdi.

— Əlbəttə ki,buyurun!–Ağəli dedi.
Kişi razılıq etdi və oturdu.Oturan kimi də bar-
daqdakı çaxırdan bir-iki qurtum içdi.Pendirən qoydu azacıq ağzına.Gözlərini zillədi onun göz-
lərinə:

– Hə,bu oldu iş!–dedi.
Onu diqqətlə süzdüsə də cavab vermədi Ağəli.Indi təkcənə oturmağa elə ehtiyacı vardı ki?
— Kimi gözləyirsən,qardaşoğlu?- Kişi yeni-
dən dilləndi.

Doğrudan ha! Görəsən,kimi gözləyirdi ki Ağəli? Gözləyəcəyi kimsə vardımı? Dostlarını həmin “dəhşətli gecə” burda itirmişdi və bir daha üzlərini də görməmişdi.Yox,bir dəfə birini görmüşdü həbsdən buraxılandan sonra.Necə sevinmişdi ?!..Dostusa hal-əhvaldan sonra saa-
tına baxıb,işi olduğunu söyləmiş və getmişdi.
Ayaqları mıxlanmışdı yerə,pərt olmuşdu Ağəli.
Amma kiminsə köməyinə ehtiyacı vardı,kimdən-
sə qayğı umur,hələ də inanırdı insanlara Ağəli…
— Qardaşoğli,tərgit bu arağı,öyrən şəraba.-Ki-
şi dedi,- Onsuz da sonra ondan içəcəksən.
Kişi bunu deyib,çaxırdan içdi.Ağəli gülümsə-
di nədənsə:
–Mən içmirəm,- dedi,- heç birindən içmirəm.
— Bəs bu stəkandakı?- kişi barmağıyla araq dolu stəkanı göstərdi.
Ağəli yenə də gülümsədi.Gülümsədiyinin səbəbini heç özü də bilmədi:
— Mənimkidi,amma içmirəm,dedi.
–Niyə,qardaşoğlu? Yəni elə şey olar,araq sifariş edəsən,amma içməyəsən?
— Ona görə ki,sonradan meyil salmayım şə-
raba!- Ağəli dedi.Və bunu da demək istədi ki,ne-
cə olub araq sifariş etməyi,heç özünün də xəbə-
ri olmayıb…Amma bunları demədi.Birdən də ona elə gəldi ki,kişi bəlkə araq içmək istəyir? İşə bir bax!..Necə olub ki,ağlına gəlməyib bu Ağəli-
nin? Ay səni,Ağəli…İnsandı axı,qarşındakı!..Bəl-
kə uzaqlardan gəlib,bəlkə pulunu itirib?..Bəlkə
( Heç xatırladınmı pulunu itirdiyini,Ağəli?..)

Kişi nəzərlərini ondan ayırıb,birdən:
— Bu şair milləti var ki ha,qardaşoğlu,xoşum gəlmir onlardan,-dedi,- imkanım olsaydı,bir-ikisi-
ni çıxmaqla qalanlarının hamısını süpürüb,tö-
kərdim dənizə.
— Niyə ki?
–Əşi nə bilim! İşləri-gücləri qurtarıb sanki.
Qadınları tərifləyib,qaldırıb qoyublar göylərin lap yeddinci qatına.Indi də ordan enmələrini istəyir-
lər.Ay hay! Gözləyin,düşəcəklər…
— Bunun nəyi pisdi ki!
— Çox şeyi pisdi,qardaşoğlu,çox şeyi pisdi!..
Qılınclar,nizələr,toplar-tüfənglər yıxmayanı qadınlar yıxar.Bir də ayağa qalxa bilməzsən heç vaxt!..–Kişi bunu çox ciddi dedi və başını saldı aşağı.Bir siqaret yandırdı,qoydu damağına.Başladı acgözlüklə sümürməyə.
–İçmək istəyirsiniz?- Ağəli soruşdu.
–Nə dedin?
–Deyirəm,bəlkə icazənizlə sizi bir şeyə qonaq edəm?
Kişi düz gözlərinin içinə baxırdı Ağəlinin.Baxışlarında gileylə yanaşı qəzəb də oxunurdu.
Sağ gözünün altı da səyriməyə başlamışdı,deyəsən.

— Yanında oturmaqla,səndən bir şeylər qoparmaq qənaətinə gəldinmi,qardaşoğlu?- kişi soruşdu və başını buladı,- Yox,qardaşoğlu! Baş-qa yerdə də otura bilərdim.
Sir-sifəti qırışmış bu kişinin baxışları necə də iti idi?! Dəlib keçirdi o baxışlar,yandırırdı Ağəlini.Dedi:
— Bağışlayın.Elə düşünmədim…
–Nə deyirəm,əgər bunu etmək istəyirsənsə,elə!- kişi baxışlarını Ağəlidən yayındırıb,pıçıldadı:- Səxavətli adamlar onsuz da indi azdır.

Ağəli dar ağacı altında qəfil bəraət alan biradam təsiri bağışladı. Qarşısındakı araq dolu stəkanı əli ilə sürüşdürdü ona sarı:
— Yeməyə də bir şey gətirimmi?-dedi.
Qalxdı ayağa.Kişi onu saxladı.Yapışdı qolundan.Diqqətlə baxdı gözlərinin içinə.Bayaqkı odlu baxışları indi kədərli,qəmli-qüssəli baxışlarla əvəz edilmişdi.Dedi:
— Yox,qardaşoğlu,mən araq içmirəm.Yadırğamışam onu.Içmirəm,istəsəm də içə bilmərəm.Bir də indi müftə vermirlər ki arağı,hər yetən də içə…Çaxır olsa,içərdim.Amma yeməksizfilansız.
Ağəli bir şüşə “Ağdam” şərabı götürüb,qayıtdı.Qoydu stolun üstünə.Kişi bir Ağəliyə,bir butulkaya baxdı.Baxışlar sual dolu olsa da,Ağəli heç nə anlamadı.Anlayacaq halda da deyildi.Kişi şüşəni açdı.Bayaqkı stəkanını doldurub,birnəfəsə çəkdi başına:
— Bu şair milləti bayaq dedim axı,Qadınları çox tərifləyir,-dedi,-elə bu şəraba da nələr qoşmamışlar? Güya bu şərabdan içməsən,məhəbbətin də ləzzətini bilməsən.Ancaq…- kişi azacıq dayandı,sonra da qəfildən soruşdu- ayıb olmasın,uşaqdan-zaddan nəyin var,qardaşoğlu?
— Hələ yoxdur,- Ağəli dedi.
— Tələsən,təndirə düşər,qardaşoğlu.Hər qabağına çıxanla kişi evlənməz.-kişi dedi,- Evlənər,mənim kimi də yanar!- siqaretini acgözlüklə sümürüb,davam elədi- Hə,elə mənim kimi! Od-suz-ocaqsız…Öz içində tüstülənə-tüstülənə qiyamətədək,hələ ondan da o yana!

Deyəsən,çaxır tutmuşdu kişini.Maqnitofon da öz işindəydi…Qonşu stolda iki nəfər ucadan, bir-birinin sözünü kəsə-kəsə öz əyyaşlıqlarından vəcdlə danışırdılar,Ağəlinin nifrət dolu baxışları altında…

— Qardaşoğlu,eləsini al ki,dəli-divanə olsun səndən yana.Gözəl olmasa da olar,Amma ürəyi olsun.Gürzənin də dərisi parıldayır.Di gə ki,zəhəri qana işləyəndə…- kişi dayandı.
Yorğundu.Gözləri qapanırdı Ağəlinin.Amma gedə bilmirdi.Sanki bir gizli qüvvə onu ayağa qalxmağa qoymurdu.Ona elə gəlirdi ki,bu kişi dərdini deməyə adam axtarır,çəkə bilmir dərdini.
Dərd ki var ha,qaba dolmuş su kimidi.Dolub,dolub daşacaq…Kişi stəkandakı çaxırın yarısını içib,qoydu stolun üstünə.Pencəyinin döş cibindən kağıza bükülmüş bir şey çıxardı.Onu səliqə ilə açdl.Içindəki bir fotoşəkli aldı əlinə.Bir xeyli baxdıqdan sonra verdi Ağəliyə:
— Diqqətlə bax,- dedi,- qardaşoğlu,keçmişimdən qalan və məni-mənə xatırladan yeganə yadigardır.

Şəkildən Ağəliyə pəhləvan cüssəli,gözlərin dən od-alov yağan,sonsuz inamıyla dağı dağ üstünə qoymağı bacara bilən çox cavan,gözəl bir oğlan baxırdı.Yanında da yaraşıqlı,əksər qadınların həsədlə baxa biləcəyi qədər süzgün, yanğılı başışlarla dolu bir qadın vardı.Qucağındakı uşağı basmışdı bağrına.Başını da qoymuşdu oğlanın çiyninə.Sanki nağıllar dünyasındaydılar…
— O oğlan məniydim,qardaşoğlu!-O qadın da
arvadımdl.Körpə də arzularımızın ilk,- azacıq da-
yanıb,köksünü ötürdü və əlavə elədi,-həm də son baharıydı,dəcəl Firuzəmdi.
Ağəli inanmayacaqdı buna.Qarşısındakı
O şəkildəki adam ola bilməzdi…Bəlkə sərxoşdu,ona görə belə deyir bu kişi? Elədir ki,var!..Ağəlinin qarşısında alkoqolun təsirindən gözlərinin altı tuluqlamış,üz-gözü qırışmış,almacıq sümükləri görsənən,bəlkə də həyatla vidalaşda olan bir adam oturmuşdu…Oxşarlıq tapa bilmədi Ağəli.Bunu desinmi müsahibinə Ağəli?Desinmi ki,dəvənin quyruğunun yerə dəyməsinə inanar,amma şəkildəkinin o olduğuna inanmaz.
Desinmi? Haqqın varmı buna sənin,Ağəli? Alkoqolun təsirindən azmı olub ki,adamlar özlərini dahilərə bənzədiblər,Bethoven,Şiller olublar? Bu kişi də onlardan biri ola bilməzmi? Ağəli onun heysiyyətinə toxuna bilməzdi.Buna onun haqqı yoxdu!..

( Aha!..Əziz və çox möhtərəm oxucum! Deməsəniz də baxışlarınızdan oxudum ki,siz də şəkildəkinin Ağəlinin qarşısındakı kişi olduğuna inanmırsınız.Amma siz kökləri ağac qurdları tərəfindən doğranıb-kəsilən barlı-bəhərli bir ağacın meyvələri yetişmədən gündən-günə saralıbsolduğunu görmüsünüzmü? Onun baxışlarındakı hüznü,kədəri , qəmi,qüssəni oxumusunuzmu?
O hələ neçə yazlar çiçəkləyəcək,bar verəcək,
meyvələri olacaqdı.Qurlarsa öz işindədi…Bəs
suyu qurumuş bulaq necə,rast gəldinizmi heç?
Axı,dünən dəstəbədəstə qızlar-gəlinlər kuzələrini götürüb,axın-axın ora gələr,bulağın nəğməsini dinləyib,özləri də nəğməyə dönərdilır…Belı bir yol necə,gördünüzmü?.Dünən ondan keçənlərin sayl-hesabı yoxdu,bugünsə kısilib gəlib-gedənlər,bir zaman yol olduğunu unudub o yol.Elə bulaq da unudub bir zamanlar bulaq olduğunu.Və yanır dil-dodağı…Ağac da saya-saya son yarpaqlarınl,solub-saralır gündən-günə.Amma gülləyərdi, meyvələri olarda o ağacın da…O bulaq öz suyunu nəğmələr deyə-deyə axıdar,o yolda da gəlib-gedəni saymaq olmazdı…İndi bu kişinin sözlərinə inanaqmı? Şübhələr içində qıv-rılan Ağəli bir azdan inanacaq nədi,hələ şübhə-ləndoyi üçün məzəmmət də edəcək,öz -özünü qınayacaq.Elə siz də inanacaqsınız,möhtərəmoxucum.Inanacaq və elə aludə olacaqsınız bu söhbətə ki,çayınız qabağınızda soyuyacaq,dırnağınızı da tutduqda,ətinizi kəsə-
cək,özünüzü bilməyəcəksiniz.Indi isə qayıdaq o
kişi ilə Ağəlinin yanına…)
— İnanmırsan?-kişi dedi,- Elə mən də inanmıram.Hərdən mənə elə gəlir ki,bu şəkli hardansa tapmışam.Bilmirəm kim olduqlarını.Öz uydurmamdı bunlar hamısı…
— Ah,əlbət ki inanıram!
— Bilirəm inanmadığını.Odu ki,dayan,qulaq
as. Hamıya deməmişəm bunu,deyə bilmərəm də.Dəfələrlə xəcalət hissi bürüyüb məni.Təşvişlə,qorxuyla fikirləşmişəm ki,başqa birinin şəklini niyə gəzdirirəm ciblərimdə? Atmaq,qurtulmaq istəmişəm…Son anda da bu gördüyün uşaq canlanıb,sanki tutub əllərimdən, deyib sən nə edirsən?..Ata bilməmişəm…Bu şəklə baxanda gəncləşirəm,qayıdıram özümə. Və sonra ciblərimə qoyduqdan sonra da indi sən gördüyün kimi oluram.

Dayandı.Şüşədəki çaxırı son damcısına kimi süzdü stəkana.Şəkli Ağəlidən alıb,yenə əzəlki kimi səliqəylə bükdü,qoydu pencəyinin cibinə.
Sonra da pencəyinin o biri cibindən pasportunu
çıxardı.Onun içindəki əl boyda qəzet tikəsini götürüb,verdi Ağəliyə:
— Bir bax!- dedi,- Bu da o şəkildəkidi.
Ah!..Elədir ki var! Qəzetdəki şəkil bayaqkı adamın eyni idi. Fərq də ondaydı ki,burda o idman formasındaydı.Gülürdü…Bir əlində kubok,digər əlindəysə boks əlcəkləri vardı.Şəklin altında idmançının adı,familiyası yazılmış,çəki dərəcəsi üzrə SSRİ çempionu adını qazanması brədə kiçik yazı verilmişdi…Bayaqdan necə olub ki,onun burnuna fikir verməyib Ağəli? Bu odur, elə özüdür!..Şəkildən Ağəliyə həyat dolu gözlər baxırdı.Hələ gör,necə də şəndir?! Bəs necə,çempion olmuşdu,el-obasının başını uca eləmişdi…
Müsahibinin çempion olduğuna inandığı üçün sevindi Ağəli…
— Hərdən elə düşünürəm ki,heç o da mən deyiləm,- kişi dedi,- başqasıdı.
Hərdən də yuxuda rinqə çıxdığımı görürəm.Yenə də o əclafla!..Yenə də o namərdlə!..Tapancasını çəkir ayağa,tuşlayır alnıma.
..

( Yox,Ağəli,yox! Bu tapança məsələsi səni çaşdırmasın.Kişiyə də “deyəsən,ağlını çaşdırdı, rinq hara,tapança hara?” demə.Bu kişi sən tanıdığın adamlardan deyil,sözündə də zərrə qədər yalan yoxdu.
Hələ bax gözlərinin içinə,diqqətini də topla.Eşidəcəklərin içini yandıracaq!..)

Məzahir İsgəndər

P.S. Əziz oxucular,kifayət qədər yaza bilmədim,gözlərim ağrıdığına görə.Məni bağışlayın.

Hərif səhvlərimi də bağışlayın,lütfən.Desəniz də düzəldərəm.


Mezahir İskender
www.kafiye.net