Sədaqət xəbislik,kin güdənləri
Çalıb da ot kimi bir gün biçəcək
Vətəni əlində mum edənləri
Ölsəm də, divana ruhum çəkəcək!
Müəllif


ÖMÜR VER, ALLAH



Ömür ver yaşayım,ömür ver,
Allah!Ömür ver,Vətənə olum oğul mən.
Nə şahlıq istərəm,nə də vəzirlik,
Əsgər et,silahım düşməsin əldən.


Ömür ver yaşayım,ömür ver,Allah!
Bayrağım önündə məni qul eylə.
Zəfər yollarını salıb sinəmdən,
Keçir də,sən məni mənə yol eylə!


Ömür ver yaşayım,ömür ver,Allah!
Sən məni Mən eylə,özümə qaytar.
O olan mizraqla,olan qılıncla
Siyirt də,oduma,közümə qaytar!



Ömür ver yaşayım,ömür ver,Allah!
Vətən qara geyib,hələ yasdadır.
Şəhidlər qəbirdə gözləri yolda,
İntiqam həsrəti hələ pas dadır.


Ömür ver yaşayım,ömür ver,Allah!
Ömür ver,at çapım,türkəm mən deyim.
Ulayım yollarda bir Bozqurd kimi,
Əynimə intiqam kürkümü geyim.


Ölsəm də,divana ruhum çəkəcək
Vətəni cibində gəzdirənləri.
Nahaqqın əlində küt qılınc ilə
Haqqı,ədaləti kəsdirənləri.


Ölsəm də,divana ruhum çəkəcək
Yalmanıb,iblisə uyan ruhlarl.
Alıb da əlindən tacını haqqın,
Şeytanın başına qoyan ruhları.


Ömür ver yaşayım,ömür ver,Allah!
Sən məni Mən eylə,özümə qaytar.
Mete,Atillatək əldə bir qılınc,
Siyirt də,oduma,közümə qaytar!..



Məzahir İsgəndər
www.kafiye.net