Vətən yolunda,Qarabağ uğrunda döyüşən Şəhid olan ogulların əziz xatirəsinə.


QURBAN


Vətənin uğrunda,torpaq yolunda,
Canından,qanından keçənə qurban,
And içib Qurana,öpüb bayrağı,
Düşməni doğrayıb, biçənə qurban!


Atılıb döyüşə igid nər kimi,
Şücaət göstərib cəngavər kimi,
Qarabağ uğrunda əsil ər kimi,
Qanlı döyüş yolu seçənə qurban!


Vurğunam sizdəki olan hünərə,
Döndünüz Vətənçın siz şiri-nərə,
Qaldırıb bayrağı uca göylərə,
Şəhidlik şərbətin içənə qurban!


Solmazam,deyirəm can sizə qurban,
Siz kecdiz savaşda şirin canından,
Torpağa tökülən qızıl qanından,
Bayrağa bürünüb köçənə qurban!


Solmaz Şirvanlı15-11-2020
www.kafiye.net